Bizi bir ailə kimi birləşdirən tarixi və etnik köklər, milli-mənəvi dəyərlər

Bizi bir ailə kimi birləşdirən tarixi və etnik köklər, milli-mənəvi dəyərlərDövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul edəcəyimiz qərarlarla təşkilatın mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Hər zaman qeyd etdiyimiz kimi, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqətdə olur. Bu dəfə Türk dünyasının birliyinə paytaxt Bakı deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın hər bir bölgəsi beynəlxalq tədbirlər üçün ideal məkan ola bilər. Türk dünyasının birliyinə fərqli məkanlardan şahidlik etmək isə özündə mühüm çağırışları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev çıxışında "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir" söləyərək onu da qeyd etdi ki, ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir.
"Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Zirvə Görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirdilər, əldə olunmuş nailiyyətləri müzakirə etdilər və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər.
Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır. Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir.
Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bu məqamı da xüsusi vurğuladı ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə Azərbaycanla Türkiyənin dərin əməkdaşlığı mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Cənab İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Dövlət başçısı bildirdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında ölkələrimizin tranzit imkanlarına diqqəti yönəldərək vurğuladı ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
O da qeyd edildi ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Zirvə görüşündə diqqət göstərilən məsələlərdən biri də Qarabağımızın və Şərqi Zəngəzurumuzun durçəlməsi prosesi oldu. Tarixi Zəfərimizin reallıqları fonunda Türk dünyasının birliyini təsdiqləyən mühüm məqamlardan biri də türk dövlətlərinin bərpa-quruculuq işində fəal iştirakıdır. Azərbaycan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçdi. Bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqidir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif etdiyini önə çəkərək bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkürünü bildirdi. Zirvə Görüşü çərçivəsində məscidin onlayn formatda təməlqoyma mərasimi keçirildi.
Hət bir Zirvə Görüşü Türk dünyasının birliyində, həmrəyliyində yeni bir səhifə açır. Bu tədbirlər üçün seçilən mövzular dövrün çağırışlarını özündə əks etdirərək ümumi mövqenin ortaya qoyulmasını şərtləndirir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı addımları ilə diqqətdədir. Ölkəmizin mövqeyinə dəstək hazırda beynəlxalq münasibətlər sistemində artan nüfuzunda özünün aydın ifadəsini tapır. Türk dünyasının birliyi xarici siyasətimizin əsas tərkib hissəsidir.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 572   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə

5 may
.

Bakıdan Avropaya xəbərdarlıq

Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şuras

5 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13

12 may
.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

"Azərbaycanda gələcək perspektivlər haqqında nikbin danışmalıyıq" - AÇIQLAMA

"İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığın artırılması bu gün hər bir müasir dövlətin dayanıqlı inkişafını müəyyən edən əsas meyarlardan biridir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil

12 may
.

İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTO

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - "Caspian Agro Week" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFoo

5 may
.

İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədə

13 may
.

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd

5 may