Bu laboratoriyada insan beynindən kompüter hazırlanır
Alimlər "süni beyinlərə" qarşı xüsusi simpatiya hissi bəsləmirlər, onların fikrincə, bunlar sadəcə başqa materialdan hazırlanmış kompüterlərdir. BBC jurnalisti Zoi Klaynman İsveçrənin FinalSpark laboratoriyasına baş çəkib və burada alimlərin üzərində işlədiyi qeyri-adi texnologiyanı - Wetware adlanan miniatür "beyin orqanidlərini" öz gözləri ilə görüb. Bu orqanidlər sınaq borularında insanın dəri hüceyrələrindən əldə edilən kök hüceyrələr vasitəsilə yetişdirilir və kiçik neyron yığınlarından ibarət olur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onlar siqnal ötürmək və məlumat emal etmək qabiliyyətinə malikdirlər, amma bu proses hələ çox sadə səviyyədədir.
Mini-beyinlər necə yaradılır
Orqanidlərin hazırlanması adi dəri hüceyrələrinin yenidən proqramlaşdırılması ilə başlayır. Bu hüceyrələr kök hüceyrələrə çevrilir və daha sonra laborator şəraitdə böyüdülərək "mini-beyinlərə" çevrilir. Mikroskop altında onlar bir neçə kiçik ağ kürəcik kimi görünürlər.
Lakin bu strukturlar hələ çox kövrəkdir və təxminən dörd ay yaşayırlar, çünki hazırda insan beynində olduğu kimi onları qidalandıran qan dövranı sistemini süni şəkildə yaratmaq mümkün deyil. Maraqlıdır ki, bəzi hallarda orqanidlər "ölüm" ərəfəsində qısa müddətli aktivlik artımı göstərirlər, lakin alimlər bunu sadəcə bioloji reaksiya kimi qiymətləndirirlər və romantik mənalar yükləmirlər. Onların fikrincə, bu orqanidlər canlı deyil, sadəcə başqa materialdan düzəldilmiş kompüterlərdir.
Beyin-kompüterlər necə işləyir
FinalSpark laboratoriyasındakı biokompyuterlərdə bu "beyin hissəcikləri" elektrodlar vasitəsilə kompüter sisteminə qoşulur və sadə klaviatura komandalarına reaksiya verə bilir. Onların fəaliyyəti elektroensefaloqrammaya (EEQ) bənzər qrafiklərlə izlənilir.
Bu sahədə tədqiqatlar yalnız "FinalSpark"la məhdudlaşmır. Dünyanın müxtəlif laboratoriyalarında süni neyronlar artıq "Pong" kimi klassik oyunları öyrənməyə, həmçinin Alzheimer və autizm kimi xəstəliklərə qarşı dərman sınaqları üçün istifadə olunmağa başlanıb.
Gələcəyin məqsədi - bioloji və süni ağlın birləşməsi
Alimlər ümid edirlər ki, gələcəkdə Wetware texnologiyası ənənəvi mikrosxemləri əvəz etməyəcək, əksinə onları tamamlayacaq. Bu, insan beyninə xas sürət və enerji səmərəliliyini kompüterlərə qazandırmağa kömək edə bilər.
Qeyd edək ki, daha əvvəl ABŞ alimləri insan düşüncələrini oxuya bilən beyin implantı hazırlamışdılar, ilkin sınaqlarda bu cihazın "fikirləri oxuma dəqiqliyi" 74 faiz təşkil etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 583 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər LED lampaların yuxu rejimi və psixikaya zərərlərini açıqladılar
Amerikalı alimlərin rəhbərlik etdiyi beynəlxalq psixiatrlar qrupu parlaq diod (LED) lampaların psixi sağlamlıq üçün yarada biləcəyi təhlükələr barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, bu cür işıq mənbələrindən gələn güclü mavi işıq melatonin hormonunun ifrazını ləngidir. Bu da öz növbəsind
10 sentyabrQadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı
Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən
10 sentyabr10 il sonra yenidən toy edən fenomenə hədiyyə edilənlərə baxın - VİDEO
Bursada fenomen Esma Sezen 10 il sonra yenidən gəlinlik geyindi - toyunda taxılan qızıllarla poza verdi. Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan 35 yaşlı sosial media fenomeni Esma Sezen evliliyinin 10-cu ildönümünü həyat yoldaşına etdiyi sürprizlə qeyd edib. xarici mediaya istinadla xəbə
10 sentyabrŞahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - QİYMƏT
Şahzadə Diananın məşhurlaşan "qisas donu" rekord məbləğə satıla bilər. xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb. Britaniyalı dizayner tərəfindən yaradılmış, ürək formalı dekoltesi olan bu geyim dekabr ayında Nyu-Yorkda keçiriləcək "Sotheby's" hərracın
11 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabrHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12 sentyabrEvdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama
12 sentyabr"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
10 sentyabrMətbəxdə ən çox elektrik "yeyən" cihaz
Hansı məişət cihazı elektrik enerjisi hesabını nəzərəçarpacaq dərəcədə artıra bilər? Məlum olub ki, söhbət yalnız soyuducu və ya mikrodalğalı sobadan getmir. xarici mediaya istinadən xəbər verir ki, soyuducu sutka ərzində fasiləsiz işləyir, paltaryuyan maşın mütəmadi istifadə olunur, soba isə həftəd
10 sentyabr