"Qəbələ görüşü Azərbaycanın beynəlxalq arenada yüksələn rolunun bariz təzahürü idi" - DEPUTAT

"Qəbələ görüşü Azərbaycanın beynəlxalq arenada yüksələn rolunun bariz təzahürü idi" - DEPUTAT"Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Oktyabrın 7-də Qəbələdə keçirilən XII Zirvə Görüşü tarixi əhəmiyyətli hadisədir. Türk Dövlətləri Təşkilatı yeni bir güc mərkəzi kimi qlobal arenada öz mövqeyini və rolunu artırmaqdadır. Ölkəmiz təşkilatın güclənməsində, əhatə dairəsinin genişləndirilməsində və institusionallaşmasında müstəsna rola malikdir. Məhz bu səbəbdən, Qəbələ görüşü Azərbaycanın regiondakı nüfuzunun və cənab Prezident İlham Əliyevin liderlik missiyasının türk dünyasının gələcəyinə yön verən strateji təşəbbüslərinin təcəssümüdür".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Zirvə toplantısında etdiyi çıxış dərin siyasi məzmunu və strateji hədəfləri ilə diqqət çəkdi:

"Dövlət rəhbərimizin nitqində müasir çağırışlar fonunda təşkilatın birləşdirici rolu və gələcək perspektivlər haqqında aydın fikirlər səsləndirdi. Regionl və qlobal müstəvidə artan hərbi təhdidləri önə çəkən ölkə başçısı Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın formalaşdırdığı müsbət dinamikanın təşkilat çərçivəsində əks olunmasını vurğuladı. O, Azərbaycanda 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu isə TDT-nın artıq hərbi blok kimi də formalaşmaqda olduğunun göstəricisidir. Zirvə Görüşündə Prezident İlham Əliyev ölkəmizin həyata keçirdiyi meqa layihələr, iqtisadi yüksəliş və regionda sabitlik yaradan siyasəti barədə ətraflı danışaraq qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bununla yanaşı, avqustun 8 -də Vaşinqtonda əldə olunan razılaşmaların, xüsusilə, Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan dövlət başçısı Avrasiya məkanında yeni əməkdaşlıq xəritəsinin formalaşmasını xüsusi olaraq qeyd etdi. Nəticə etibarilə, Qəbələ görüşü cənab Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin, türk dünyasının birliyi ideyasına sadiqliyinin və Azərbaycanın beynəlxalq arenada yüksələn rolunun bariz təzahürü idi. Qədim Qəbələ şəhərində Türk Dövlətləri Başçılarının qəbul etdiyi qərarları gələcək nəsillərə türk həmrəyliyinin möhkəm təməli kimi xatırlayaqcaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 971   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr