Avtobus sürücülərinin işə qəbul prosesi hansı meyarlarla aparılır? - AYNA
Son günlər ictimai nəqliyyatda təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Sumqayıtda 123 nömrəli marşrut avtobusunu idarə edən sürücünün narkotik vasitə qəbul edərək sükan arxasında olması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Hadisə bir daha göstərdi ki, sərnişinlərin təhlükəsizliyinə birbaşa təsir edən amillərdən biri sürücülərin sağlamlıq vəziyyəti və peşə məsuliyyətidir. Bu kontekstdə sual yaranır: avtobus sürücülərinin işə qəbul prosesi hansı meyarlarla aparılır və onların narkoloji, tibbi və psixoloji vəziyyətinə nə dərəcədə nəzarət olunur?
Mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir:
"Müvafiq qanunvericiliyin tələbinə əsasən, hər bir sürücü üçün tibbi arayış tələb olunur və işə götürmə prosesi Əmək Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğun aparılmalıdır. Həmçinin, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar istifadə etdikləri bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, sürücülərin isə reysqabağı tibbi müayinədən keçməsini təmin etməlidirlər".
Tural Orucov əlavə edib ki, daşıyıcılarla keçirilən görüşlərdə AYNA onlara müvafiq tövsiyə və tapşırıqlar verir.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1017 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabr