Wolt yeni "Packages" funksiyanı təqdim edir: indi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər!
Artıq Wolt tətbiqində yalnız sevimli yeməkləri və məhsulları sifariş etmək deyil, həm də əşyaları göndərmək mümkündür - sürətli və rahat şəkildə.
İstifadəçilər üçün ən xoş xəbər isə budur ki, onlar ilk ay ərzində bütün çatdırılmalara 50% endirimdən yararlana biləcəklər, kampaniya başa çatdıqdan sonra isə ilk sifarişdə 50% endirim əldə edəcəklər. Xidmət artıq Wolt-un fəaliyyət göstərdiyi bütün şəhərlərdə aktivdir - Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Lənkəran, Naxçıvan, Xankəndi və Mingəçevir daxil olmaqla.
Dostunuza hədiyyə göndərmək, sənəd çatdırmaq və ya aldığınız məhsulları mağazadan götürməlisiniz? İndi bütün bunları Wolt Packages ilə edə bilərsiniz - çatdırılma 1 saatdan az çəkəcək, sifarişi isə cəmi bir dəqiqəyə tanış və rahat interfeysdə rəsmiləşdirə biləcəksiniz.
Xidmətdən Wolt tətbiqi vasitəsilə yararlana bilərsiniz:
• Wolt tətbiqini açın və "Packages" bölməsini seçin;
• Kuryerin əşyanı götürəcəyi və çatdıracağı ünvanı təyin edin;
• Kuryer sifarişi qəbul edib sürətli və rahat şəkildə ünvana çatdıracaq
• Siz isə çatdırılmanı real vaxtda izləyə biləcəksiniz.
Həmsöhbətimiz - Wolt-un Azərbaycandakı İdarə Heyətinin Sədri Tofiq Süleymanovdur.
Tofiq Süleymanov yeni funksiyanın istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşdü:
"Biz Wolt olaraq sadəcə yemək çatdırılması xidməti deyil, həmişə bundan daha geniş imkanlar təqdim etmək üçün çalışırıq. Wolt Packages-in istifadəyə verilməsi ilə biz istifadəçilərə daha çox seçim imkanı və rahatlıq təqdim edirik. Artıq onlar vaxt itirmədən və yerlərini dəyişmədən istənilən əşyaları göndərib təhvil ala biləcəklər. Əminəm ki, bu funksiya həm şəxsi istifadəçilərin, həm də bizneslərin böyük marağına səbəb olacaq".
Tez-tez verilən suallar - cavablandırır Tofiq Süleymanov.
Bu funksiya nədir və nə üçün lazımdır?
Wolt Packages istifadəçilərə Wolt tətbiqi vasitəsilə əşyaları tez və rahat göndərmək və təhvil almaq imkanı yaradır.
Hansı əşyaları göndərmək olar?
Kiçik və orta ölçülü əşyalar: sənədlər, alış-veriş məhsulları və şəxsi əşyalar. İstifadəçi ölçünü və çəkini seçir, sistem isə uyğun kuryeri təyin edir.
Çatdırılma radiusu nə qədərdir?
Başlanğıc ünvandan 15 km məsafəyə qədər.
Təhvil alanın Wolt istifadəçisi olması vacibdirmi?
Xeyr. Sadəcə göndərənin Wolt istifadəçisi olması kifayətdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?