Şəhid məzarlarına edilən hörmətsizlik böyük narazılıq doğurub

Şəhid məzarlarına edilən hörmətsizlik böyük narazılıq doğurubErzurumun Narman rayonunda 93-cü illər müharibəsində (1877–1878 Osmanlı–Rusiya müharibəsi) şəhid olan Oltulu Dağgirli Daştan Əfəndi və onun silahdaşlarının məzarlarının dağıdılması ictimaiyyətdə böyük narazılıq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 93-cü illər müharibəsi zamanı Qüvvəyi-Milliyə komandiri kimi fəaliyyət göstərən, Oltu rayonundan Narman istiqamətinə 100 atlı və piyada ilə köməyə gedən Dağgirli Daştan Əfəndi Şəkərli kəndində şəhid olub. Onun və beş naməlum şəhidin Narman rayonunun Mahmut Çavuş məhəlləsində yerləşən məzarı naməlum şəxslər tərəfindən qazılaraq dağıdılıb.

Hadisəni təxminən iki ay əvvəl məzarı ziyarətə gedən Daştan Əfəndinin nəvəsi Gülten Gürbüz aşkar edib və dərhal Narman Jandarm Komandanlığına məlumat verib. Əraziyə gələn jandarma qüvvələri faktla bağlı araşdırmaya başlayıb. İlkin araşdırmalar zamanı türbənin daş divarlarının içərisinə girilərək qəbrin məqsədli şəkildə qazıldığı müəyyən edilib.

Hadisə bölgə sakinlərinin sərt etirazına səbəb olub. Yerli əhali "Bu, sadəcə bir məzar deyil, şəhidlərimizin müqəddəs xatirəsinə edilən hörmətsizlikdir" – deyə etirazlarını bildirib. Sakinlər həmçinin məzarlığın bərpa edilərək yenidən abadlaşdırılmasını tələb ediblər.

Hadisə ilə bağlı Oltu Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. Tarixi mənbələrə görə, Birinci Dünya müharibəsi zamanı Oltudan cəbhəyə dəstək üçün gedən Qüvvəyi-Milliyə Komandiri Dağgirli Daştan Əfəndi və beş silahdaşı döyüşdə şəhid olmuş və həmin ərazidə dəfn edilmişdilər. Onların xatirəsinə tikilən türbə bu günədək bölgə əhalisi tərəfindən ziyarət edilirdi.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1055   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların

29 sentyabr
.

23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü - Video

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib. "Qafqazinfo" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Hadisə nəticəsind

28 sentyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Bakıda valideynləri dalaşan qız ölümdən döndü

Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib. -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib

26 sentyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr