Həmin direktordan növbəti şikayət - "50-dən çox adamı işdən çıxarıb..."

Həmin direktordan növbəti şikayət - "50-dən çox adamı işdən çıxarıb..."Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.

"Qafqazinfo" xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.

Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: "Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur".

K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.
Həmin direktordan növbəti şikayət - "50-dən çox adamı işdən çıxarıb..."Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: "Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun".

Növbəti şikayətlərlə bağlı İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxladıq. Orta ixtisas məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: "Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur.

Hər hansı işçi işdən azad edilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunub. O cümlədən, müddətlə işə qəbul edilmiş Kəmalə Nəsirova və Sura Muradova ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilib. İşçilərin işə qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun aparılır. İşə qəbul edilərkən qeyri-qanuni meyarlar əsas götürülmür.

Qeyd edirik ki, kollecin maliyyə vəsaitlərinin düzgün idarə edilməsi, israfçılığın qarşısının alınması məqsədilə kollecdə müvafiq tədbirlər görülür və həmin tədbirlər konkret işçiyə deyil, bütovlükdə kollecin işçilərinə şamil olunur. Kollecdə hər bir əməkdaşın hüquqları qorunur, onların əmək haqqı qanunvericiliyə uyğun olaraq ödənilir, məzuniyyət hüquqları və digər hüquqları təmin olunur. Kollec şəffaf və ədalətli idarəetmə prinsipləri ilə idarə olunur. Kəmalə Nəsirova və Sura Muradovanın şikayəti qərəzlidir, onlar bitmiş əmək müqaviləsinin müddəti uzadılmadığına görə kollec rəhbərliyi barəsində bu cür əsassız, iddialarla çıxış edirlər. Həmin məlumatlar qeyd etdiyimiz kimi həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təəssürat yaratmaq məqsədi daşıyır".

Xatırladaq ki, daha əvvəl redaksiyamıza müraciət edən kollecin dəftərxana müdiri N.Haşımlı də rəhbərlik tərəfindən işdən çıxmasının tələb olunduğunu, təzyiqlərə məruz qaldığını iddia edirdi. Rəhbərliyin dəyişməsindən sonra maaşa olan əlavəsinin kəsildiyini, əmək hüququnun pozulduğunu bildirirdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1239   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr