1,5 yaşlı uşağın boğazını kəsən şəxsə 44 ilədək həbs tələbi

1,5 yaşlı uşağın boğazını kəsən şəxsə 44 ilədək həbs tələbiEskişehirdə dostunun 1,5 yaşlı oğlunun boğazını bıçaqla kəsən və daha sonra evini yandıraraq intihara cəhd edən Habib Kara barəsində 44 ilə qədər həbs cəzası istənilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu ilin fevral ayında baş verib. Şəhərdə qənnadı sexi işlədən Habib Kara, dostu İsmail Y.-nin evinə gedərək onun azyaşlı oğlunu qucağına alıb və bıçağı boğazına dirəyib. O, İsmail Y.-dən qardaşı Nurettin Kara-nı zənglə hədələyərək 10 milyon lirə tələb etməsini istəyib. Lakin Nurettin Kara pulu olmadığını bildirərək danışığı dayandırıb. Bu zaman İsmail Y. uşağını xilas etməyə çalışarkən Habib Kara azyaşlının boğazını kəsib.

Hadisədən sonra Kara qaçaraq öz evinə gedib, təbii qazı açaraq binanı yandırmağa cəhd edib. Qonşular buna mane olsalar da, o, damda yanğın törədib və binadan tullanaraq intihara cəhd edib. Həm uşaq, həm də Kara ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Müalicədən sonra saxlanılan Habib Kara məhkəmədə ifadə verərək, hadisəni xatırlamadığını və "özünə qarşı tələ qurulduğunu" iddia edib. Lakin prokuror, onun "azyaşlıya qarşı qəsdən adam öldürməyə cəhd", "soyğunçuluq" və "mülkiyyətə zərər vurma" maddələri ilə 23 ildən 44 ilə qədər həbs cəzasına məhkum edilməsini tələb edib.

Zərərçəkmiş uşağın valideynləri şübhəlinin ən ağır şəkildə cəzalandırılmasını istəyib. Anası bildirib ki, "uşağım hələ də qorxu içindədir, psixoloji müalicə alır".

Hadisə zamanı binanın yandırılmasına şahid olan qonşular isə Kara-nın həm binanı, həm də oradakı insanların həyatını təhlükəyə atdığını deyiblər.

Məhkəmənin növbəti iclasında qərar elan ediləcəyi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1030   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında

16 sentyabr
.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO

Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib

10 sentyabr
.

Küçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO

Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla

11 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr