Keşişə qəribə QADAĞA: əzələlərini göstərmə... - VİDEO
İtaliyada 32 yaşlı katolik keşiş Alberto Ravaniani sosial mediada idmanla bağlı paylaşımlarına görə kilsə rəhbərliyi tərəfindən xəbərdarlıq alıb və fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc ruhani həm dini xidmətini davam etdirir, həm də aktiv şəkildə idmanla məşğuldur. Özünü "idman zalında keşiş" adlandıran Ravaniani hesab edir ki, fiziki məşqlər "bədəni, düşüncəni və ruhu gücləndirir".
O, sosial şəbəkədə izləyicilərinə belə müraciət edib:
"Dostlar, dua etmək kifayət deyil! Müqəddəs olmaqla yanaşı, sağlam qalmaq da vacibdir."
Lakin keşişin idman zalında çəkdirdiyi fotolar və əzələlərini nümayiş etdirdiyi paylaşımlar sosial şəbəkələrdə ziddiyyətli reaksiyalar doğurub. Bəzi istifadəçilər onun bu davranışını tənqid edərək "ata, sizə baxanda günah işlətdim" kimi ironik şərhlər yazıblar.
Sosial mediada yaranan müzakirələrdən sonra Milan arxiyepiskopu Mario Delpini və kilsə rəhbərliyi məsələyə müdaxilə edib. Onlar Ravanianidən ictimai paylaşımlarını məhdudlaşdırmağı və kilsə geyim qaydalarına riayət etməyi tələb ediblər.
Hadisə İtaliyada kilsənin sosial media və müasir ünsiyyət vasitələrinə münasibəti barədə geniş müzakirələrə səbəb olub. Bəzi katoliklər Ravanianinin gənclərlə əlaqə yaratmaq üçün düzgün yanaşma seçdiyini düşünür, digərləri isə bunu kilsə ənənələrinə və dini imicə zərbə kimi qiymətləndirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 414 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Həftədə 2-3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclər Toplantıları çərçivəsində universitet tələbələri ilə görüşüb. xəbər verir ki, səmimi söhbət zamanı idman keçmişinə toxunan Ərdoğan bildirib ki, əvvəllər futbol oynayıb, hazırda isə həftədə 2-3 gün basketbol oynayır. Görüşdə 81 əyalətdən və 20
15 dekabrKişi arvadını həddindən artıq yediyinə görə məhkəməyə verdi
Çinin Harbin şəhəri yaxınlığındakı Vuçan kəndinin sakini altı aylıq evliliyindən sonra arvadını məhkəməyə verib, çünki onun fikrincə, o, "həddindən artıq yeyib". -ın xarici mediaya istinadla xəbərinə görə, çinli kişi arvadının qohumlarına nişanlandıqları zaman ödədiyi cehizin - 20.00 yuanı
14 dekabrKamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
14 dekabrDonuz əti yeyən kişi infarkt keçirdi
Moskvada kişi donuz əti yedikdən dərhal sonra özünü pis hiss edərək xəstəxanaya çatdırılıb. xəbər verir ki, həkimlər ona kardiogen şok və 1-ci tip Kounis sindromu diaqnozu qoyublar. Bu sindrom nadir rast gəlinən, allergik reaksiya səbəbindən yaranan kəskin koronar sindrom kimi tanınır. Şahidlərin sözlərin
14 dekabrBritaniya hökuməti: "Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb"
Ukrayna üzrə danışıqlarda dönüş nöqtəsi yaxınlaşıb. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə danışığından sonra krallığın hökumətinin Mətbuat Xidməti tərəfindən yayımlanan bəyanatda bildirilir. Bəyanata əsasən, Ki
14 dekabrBalığın təzə olub-olmadığını belə yoxlayın
Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə
14 dekabrBoliviyanın keçmiş prezidenti həbs olunub
Boliviya məhkəməsi keçmiş prezident Luis Arsenin təqsirləndirilən şəxs olduğu korrupsiya istintaqı başlayana qədər beşaylıq həbs qətimkan tədbiri seçməsini qərara alıb. xəbər verir ki, bu barədə "El Deber" nəşri məlumat yayıb. Baş Prokurorluq qaçış və ya istintaqa maneə yaratmaq cəhdləri riskini
14 dekabr