Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi

Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişiPsixoloqlar xroniki yalançıların 11 əlamətini açıqlayıb və daim manipulyasiya edən insanı necə asan və tez tanımağın mümkün olduğunu izah ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazıb.

Xroniki yalan - tək-tük uydurmalar və ya "zərərsiz" şişirtmələr deyil, həm insanın özünə, həm də ətrafındakılara zərər verə bilən davranış modelidir. Psixoloqlar qeyd edirlər ki, patologiyalı yalançılar qazanc əldə etmək üçün deyil, özləri haqqında uydurduqları obrazı qorumaq naminə yalan danışırlar.

Lisenziyalı psixoloq doktor Dru Kertis izah edir:

"Patoloji yalanın meyarı - həddindən artıq çox yalan danışan, bunun nəticəsində funksionallığı pozulan, stress yaşayan və özü və ya başqaları üçün risk yaradan insanlardır".

Mütəxəssislərin sözlərinə görə, xroniki yalançıdan şübhələnməyə imkan verən bir sıra xarakterik əlamətlər mövcuddur.

Patoloji yalanın ən çox rast gəlinən əlamətləri:

Ardıcıl olmayan hekayələr

Xroniki yalançılar nadir hallarda eyni hadisəni eyni cür danışırlar. Detallar dəyişir, ziddiyyətlər artır, çünki uydurma hekayələri yadda saxlamaq çətindir.

Həddindən artıq detallar və şişirtmələr

Lisenziyalı məsləhətçi Tamara Hill qeyd edir ki, patologiyalı yalançılar tez-tez "diqqəti əsas məqamdan yayındırmaq üçün hekayəni xırdalıqlarla yükləyirlər.

Suallara qarşı müdafiə reaksiyası

Dəqiqləşdirici suallara onlar aqressiv reaksiya verə və ya həmsöhbəti "etimadsızlıqda" və ya "sərhədləri pozmaqda" günahlandıra bilərlər.

Qeyri-müəyyən cavablar

Psixologiya üzrə müəllim Kendra Çerri yayınmağı və konkretliyin çatışmamasını yalanın əsas "qırmızı bayraqlarından" biri adlandırır.

Daimi "unutqanlıq"

"Frontiers in Psychology" jurnalında dərc olunan araşdırma göstərib ki, müntəzəm yalan danışmaq real yaddaş pozuntularına səbəb ola bilər.

Keçmişlə bağlı söhbətlərdən qaçmaq

Öz uydurmalarında dolaşmamaq üçün yalançılar köhnə hekayələrə qayıtmaq istəmirlər.

Ziddiyyətli və ya az inandırıcı narrativlər

Terapevt Kayl Zrençik belə insanların məşhurlarla dostluqdan tutmuş inanılmaz faciələrə qədər "fövqəladə hadisələr" uydurmağa meyilli olduqlarına diqqət çəkir.

Həddindən artıq xarizma

M. Skott Pekin "Yalançı insanlar" kitabında yazılır ki, patologiyalı yalançılar yaxşı olmaqdan çox, yaxşı görünməyə çalışır və qüsursuz obraz illüziyası yaradırlar.

Qurban rolunu oynamaq

Müəllif Adriyen Santos-Longerst bildirir ki, bu cür insanlar tez-tez özlərini qurban kimi təqdim edərək mərhəmət qazanmağa və məsuliyyətdən yayınmağa çalışırlar.

Manipulyasiya

Psixoterapevt Erin Leonard vurğulayır ki, yalançılar bəzən öz eqosunu qorumaq üçün reallığı şüursuz şəkildə təhrif edirlər.

Həddindən artıq dramatizasiya

Tibbi jurnalist Rozi Cons bu davranışı diqqət mərkəzində olma istəyi ilə əlaqələndirir və bunun bəzən psixoloji kökləri ola biləcəyini qeyd edir.

Mütəxəssislər vurğulayırlar ki, xroniki yalançılarla ünsiyyətdə ən yaxşı strategiya onların narrativlərinə qoşulmamaq, emosional münaqişələrdən qaçmaq və yalanla "yarışmağa" çalışmamaqdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1762   Tarix: 15 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19 sentyabr