Nənə 8 diri qurbağanı uddu: SƏBƏB
Çinin Hançjou şəhərində 8 diri qurbağa udan 82 yaşlı qadın xəstəxanaya yerləşdirilib. O, bunu belindəki xroniki ağrılardan qurtulmaq ümidi ilə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, yaşlı qadın tanışlarından diri qurbağa yeməyin guya "orqanizmi təmizlədiyi" və ağrını azaltdığını eşidib. O, nəyə görə istədiyini demədən qohumlarından bir neçə orta ölçülü qurbağa tutmalarını xahiş edib. Həmin gün beş, ertəsi gün isə daha üç qurbağanı udub.
Bundan qısa müddət sonra qadın qarın nahiyəsində kəskin ağrı hiss edib. Əvvəlcə simptomlar əhəmiyyətsiz görünüb. Lakin vəziyyəti pisləşəndə o, etiraf edərək eksperiment barədə qohumlarına danışıb.
Qadın xəstəxanaya yerləşdirildikdən sonra həkimlər heç bir şiş aşkarlamayıblar, lakin oksifil hüceyrələrinin yüksək səviyyəsini müəyyən ediblər ki, bu da parazitar infeksiyaya işarə edir. Sonrakı analizlər Sparganum adlı lentşəkilli qurdla yoluxmanı təsdiqləyib. Bu parazit insana diri qurbağa və ya ilanla təmas yaxud onların yeyilməsi nəticəsində keçə bilər.
İki həftəlik müalicədən sonra pasiyent tamamilə sağalıb. Həkimlər belə "xalq üsullarının" sağlamlıq üçün ciddi təhlükə yaratdığını vurğulayıb və bu cür riskli təcrübələri təkrarlamamağa çağırıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 755 Tarix: 12 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ
Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin
16 sentyabr 2021Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021