Müdirə salam verdiyi üçün işdən qovub cərimələdilər - QƏRİBƏ OLAY
Böyük Britaniyada hazır yeməklər istehsal edən bir fabrikdə çalışan 57 yaşlı Karl Deyvis meneceri ilə salamlaşma tərzinə görə işdən çıxarılıb. Bundan sonra işəgötürən şirkət "Oscar Mayer" ona qarşı məhkəmə iddiası qaldırıb və nəticədə Deyvis prosesi uduzub.
Deyvis meneceri Skott Milvordu "Sabahınız xeyir, cənab!" sözləri ilə, irland aksenti ilə salamlayıb. Aksent, Milvordun irland mənşəyinə və qırmızı saçlarına eyham vurduğu kimi qəbul edilib. Milvord bunu milliyyət yaxud irq əsaslı təhqir kimi qiymətləndirərək, rəhbərliyə şikayət edib və araşdırma tələb edib.
Araşdırmadan sonra "Oscar Mayer" şirkəti Deyvisi işdən çıxararaq, onun barəsində məhkəməyə müraciət edib. Məhkəmə zamanı Karl Deyvis həmin ifadəni dəfələrlə təkrar edib və salamlaşma zamanı irland musiqisinə qulaq asdığını etiraf edib.
Məhkəmə hakimi Vinsent Rayan qeyd edib ki, Deyvis aksenti alçaldıcı və istehzalı tonla istifadə edib, yəqin bu da menecerin təhqir və alçaldılma hissi keçirməsinə səbəb olub.
Lakin bütün sübutları araşdırdıqdan sonra hakim qərara gəlib ki, Deyvisin işdən çıxarılması qeyri-qanuni olub. Bu, xüsusilə diqqət çəkib, çünki o, şirkətdə 27 il fasiləsiz işləyib və indiyə qədər heç bir intizam pozuntusu olmayıb.
"Bu işin konkret şəraitində çıxarılma ədalətsiz sayılır, amma bu, həmin salamlaşma və ya istehzalı aksentin istifadəsinin düzgün olduğunu göstərmir," deyə hakim bildirib.
Bununla belə, əmək mübahisələrinə baxan palata hesab edib ki, Deyvisin davranışı başqa bir şəxsi təhqir etdiyi üçün qəbuledilməzdir. Ona görə də keçmiş işçiyə 16 min funt sterlinq məbləğində cərimə kəsilib.
Hazırda tərəflərin qərarı apellyasiya qaydasında şikayət edib-etməyəcəyi məlum deyil./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Makron istefa verdi
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək