Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına - Bu cəza verildi
Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı rayon sakini Tünzalə Yusifova (ad-soyad şərtidir) barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Bildirilib ki, T.Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir.
Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları minatəmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb, işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmayıb.
Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına "Əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura" və sair kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini iddia edib.
Videonun "TikTok" və yutub platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib.
Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib.
Tərtər Rayon Məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb. Belə ki, ona qazancından 10 faiz tutulmaqla 8 ay müddətə islah işləri cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1946 Tarix: 13 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini
25 avqust 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü
Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya
16 sentyabr 2021Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal
8 sentyabr 2021Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral
11 sentyabr 2021