Qorxu filmləri arıqlamağa kömək edir: Bir seans neçə kalori yandırır?

Qorxu filmləri arıqlamağa kömək edir: Bir seans neçə kalori yandırır?90 dəqiqəlik qorxu filminə baxmaq, orta hesabla təxminən 150 kalori yandırmağa kömək edir. Bu, 30 dəqiqəlik gəzinti və ya yüngül qaçış zamanı sərf olunan enerji ilə demək olar ki, eynidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticələr Vestminster Universitetində aparılan araşdırmada əldə edilib.

Qeyd olunur ki, təcrübədə 10 nəfər iştirak edib və onlar 10 fərqli qorxu filminə baxıblar. Araşdırma göstərib ki, qorxu filmlərindəki gərgin səhnələr ürək döyüntülərini sürətləndirir və maddələr mübadiləsini aktivləşdirir, nəticədə orqanizm daha çox enerji sərf edir.

Hərçənd yandırılan kalori miqdarı həm izləyicidən, həm də filmdəki qorxu səviyyəsindən asılı olub, nəticə aydın idi: film nə qədər qorxuludursa, orqanizm bir o qədər intensiv kalori yandırır.

"İzlənilən 10 filmin hər biri tamaşaçılarda ürək döyüntülərinin artmasına səbəb olub. Nə vaxt ki, nəbz sürətlənir və qan bədəndə daha sürətli dövr edir, orqanizm adrenalin ifraz edir. Bu hormon qısamüddətli stress və ya qorxu zamanı yaranır, iştahanı azaldır, maddələr mübadiləsini artırır və kalori yandırılmasını gücləndirir", - hüceyrəvi metabolizm və fiziologiya üzrə mütəxəssis, baş müəllim doktor Riçard Makkensi bildirib.

Ən qorxulu filmlər: alimlərin nəticələri

Əsas təcrübədən əlavə olaraq, tədqiqatçılar filmlərin qorxu səviyyəsinə və yandırılan kalori miqdarına görə reytinq tərtib ediblər:

"The Shining" (Stanley Kubrick) - orta hesabla 184 kalori;

"Jaws" - 161 kalori;

"The Exorcist" - 158 kalori.

Siyahıya həmçinin bu filmlər də daxil olub:

"Saw" - 133 kalori;

"A Nightmare on Elm Street" - 118 kalori;

"The Texas Chainsaw Massacre" - 107 kalori.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 573   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021