Ailə mübahisəsi qanla bitdi: Ata səhvən qızını vurdu, sonra intihar etdi
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda ailə mübahisəsi faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 60 yaşlı Muzaffer Yıldız evdə ailəsi ilə mübahisə etdiyi zaman təsadüfən qızını vurub, daha sonra isə eyni silahla özünə atəş açaraq həyatına son qoyub.
Hadisə gecə saat 22:00 radələrində Atatürk məhəlləsində yerləşən iki mərtəbəli evdə baş verib. İlkin məlumatlara görə, ailə daxilində başlayan mübahisə zamanı Muzaffer Yıldız əsəblərinə hakim ola bilməyib və tapançasını çıxarıb. Bu zaman silahdan açılan güllə təsadüfən qızı — Meltem Yıldıza dəyib. Güllə gənc qadının qarnına isabət edib.
Qanlar içində yerə yıxılan qızını görən ata, silahı başına dayayaraq atəş açıb. Evdən gələn silah səslərini eşidən qonşular dərhal hadisə barədə "112" Təcili Yardım Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları yaralıları xəstəxanaya çatdırıblar. Muzaffer Yıldız ağır vəziyyətdə aparıldığı özəl xəstəxanada bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Qızı Meltem Yıldız isə ağır yaralı vəziyyətdə əməliyyata alınıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 922 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabr