Vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər açıqlandı

Vəhşi təbiəti izləmək üçün ən yaxşı yerlər açıqlandıDünyada getdikcə daha çox turist təbiətlə birbaşa təmasda olmağa imkan verən istiqamətləri seçir. Xüsusilə quş müşahidəsi (birdwatching) son illərdə böyük populyarlıq qazanıb. Əvvəllər bu, dar ixtisaslı səyyahlar üçün sahə sayılırdısa, indi istənilən səyyah üçün maraqlı və rahat fəaliyyət növünə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic" yazır.

Aşağıda dünyanın müxtəlif guşələrində vəhşi təbiəti, xüsusilə də quşları müşahidə etmək üçün ən yaxşı yerlər göstərilib.

1.Skomer adası, Uels

Apreldən iyulayadək Skomer adasında minlərlə dəniz tutuquşusu (puffin) yuva qurur. Bu quşlar Böyük Britaniyanın Kral Quşların Qorunması Cəmiyyətinə məxsus qoruqların əsas cazibəsidir. "Skomer Island Hostel" adasında sadə şəraitdə bir gecəlik qalmaq qiyməti bir nəfər üçün 74 dollar təşkil edir.

2.Yorkşir Dales, İngiltərə

Brouqton qoruğunda Böyük Britaniyada yaşayan bütün beş növ bayquş müşahidə olunur. Burada təbiətin bərpası layihəsi çərçivəsində bəbirlər və bobrlardan ibarət ekosistem yaradılıb ki, bu da daha çox quş növünü cəlb edir. Qoruqda bələdçi ilə pulsuz ekskursiyalar təşkil olunur, həmçinin "Odisseya" adlı ekoloji marşrut turistlərə müstəqil gəzintilər imkanı verir. Üç günlük kotecdə iki nəfərlik qalma qiyməti 695 dollardan başlayır.

3.Brayton, İngiltərə

Braytonun məşhur ulduzquşuları (şpaklar) qış mövsümünün ən cazibədar mənzərələrindən biridir. Noyabrdan fevraladək minlərlə quş dəniz sahilində toplanaraq səmada heyranedici fiqurlar yaradır. Dəniz mənzərəli "No 124 by GuestHouse" qonaq evində iki nəfərlik otaqlar 267 dollardan başlayır.

4.Yala Milli Parkı, Şri-Lanka

Şri-Lankanın cənub sahillərində leopardlar, fillər, timsahlar, ayılar və 215 növ quş yaşayır. Ən yaxşı müşahidə məkanlarından biri parkın yaxınlığındakı "Wild Coast Tented Lodge" otelidir. Burada cəngəllik mənzərəli rahat çadırlar, ayrıca vannalar və safari turları təqdim olunur. Gecələmənin qiyməti 957 dollardan başlayır və "hər şey daxil" sisteminə safari də daxildir.

5.Hokkaydo, Yaponiya

Burada iki nadir növ — yapon durna quşları və ağçiyinli nəhəng qartallar müşahidə olunur. Turistlər "Erousi Onsen" kurortunda qala bilər, burada axşamlar nadir yapon bayquşu da görünür. Gecələmə qiyməti iki nəfər üçün 128 dollardan başlayır, yarımpansion şəraitdə.

6.Şeppi adası, İngiltərə

Elmlli qoruğu çibis və kronsnep kimi quşların çoxaldığı yer kimi tanınır. Turistlər burada həm çadırlarda, həm də koteclərdə qala bilirlər. İki günlük çadır qalma qiyməti 454 dollardan başlayır (qida daxil deyil).

7.Folegandros, Yunanıstan

Kiklad adalarına aid bu az tanınan adada yerləşən "Gundari" kurortu Bounelli qartalları və nadir Eleonora şahinlərinin qorunduğu qoruq ərazisindədir. Burada quşların müşahidəsi və elmi monitorinq proqramlarında turistlər də iştirak edə bilər. Adada həmçinin dəniz gəzintiləri, qaya yürüşləri və sahil kafeləri də populyardır.

Məqalədə qeyd olunur ki, bu məkanların əksəriyyətində rahat yaşayış imkanları mövcuddur, bu da təbiəti sevənlər üçün müşahidə səfərlərini daha əlçatan edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 642   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr