Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük.
Sonxeber.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov bildirib.
O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün hər cür imkan var.
"Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti, Baş nazir bu məsələyə diqqət etdi. Onlara da xüsusi təşəkkürümü bildirirəm. Nazirlər Kabinetinin bülleteninə də bu məsələ daxil edilib. Danışdıq və bildirdilər ki, Şəki fillialının ayrıca universitet olması məsələsi gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, bu məsələni mən də gündəmdə saxlayıram, ictimailəşdirməyə çalışacağam".
Deputat qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır.
"Pedaqoji Universitetinin filialları arasında da ən yüksək balla qəbul olunan filial Şəkidir. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağam", – deyə Vüqar İskəndərov vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 668 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr