Qorxu evi əməkdaşı gənc qadına kabus yaşatdı: Yerdə sürüyüb elektroşok tətbiq etdi - VİDEO

Qorxu evi əməkdaşı gənc qadına kabus yaşatdı: Yerdə sürüyüb elektroşok tətbiq etdi - VİDEOİstanbulun Beyoğlu rayonuna bağlı Katib Mustafa Çələbi məhəlləsində yerləşən bir qorxu evində dəhşətli bir hadisə baş verib. Əldə edilən məlumatlara görə, Melikə Q. (24) altı dostu ilə birlikdə əylənmək məqsədilə Taksimdəki qorxu evinə gedib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, burada Melikə Q. və dostlar qorxu evinin əməkdaşlarından qorxu otaqlarında onlara toxunulmamasını xahiş edib. İddialara görə, işçilər də qonaqlara onlara toxunulmayacağını bildiriblər. Bunun ardınca 7 nəfərlik qrupdan 6-sı qorxu otaqlarına girərək əylənməyə başlayıb.

Lakin Melikə Q.-nın olduğu otağa daxil olan qorxu evi əməkdaşlarından biri, gənc qadını saçından və boynundan tutaraq yerə yıxıb. Daha sonra onun çənəsini, boynunu sıxıb və iddiaya görə əlindəki cihazla ona elektroşok tətbiq edib. Seansdan sonra müəssisədən çıxan Melikə Q. xəstəxanaya gedərək döyülmə diaqnozu ilə tibbi arayış alıb.

O, istəmədiyi halda ona toxunulduğunu, zorakılığa məruz qaldığını və elektroşok tətbiq edildiyini bildirərək Taksim Şəhid Haşim Usta Polis Bölməsinə müraciət edib və həm müəssisədən, həm də əməkdaşdan şikayətçi olub.

Melikə Q.-nın ifadəsi və təhlükəsizlik kamerası görüntüləri əsasında hərəkətə keçən Güvən Timləri Şöbə Müdirliyinin B Regionu əməkdaşları qorxu evində çalışan Baran T.-ni (18) saxlayıblar.

Baran T. polisə verdiyi ifadəsində, müştərilərə otağa girməzdən əvvəl toxunma ola biləcəyi barədə məlumat verildiyini deyib. Onun barəsində "qəsdən xəsarət yetirmə" maddəsi ilə hüquqi prosedur başlanıb.

Əməliyyatları tamamlanan Baran T. prokurorluğun qərarı ilə sərbəst buraxılıb. Digər tərəfdən, Beyoğlu Asayiş Büro Müdirliyi və Beyoğlu Bələdiyyəsinin Zəbtə Müdirliyi əməkdaşları hadisənin baş verdiyi qorxu evini möhürləyiblər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1380   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr
.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər

19 sentyabr
.

Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında

16 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr