Valideynlərini itirmiş uşaqlarla bağlı bu qanunlarda dəyişiklik
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" kimi təsbit ediləcək.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.
Lakin Ailə Məcəlləsi, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit ediləcək.
Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 483 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Stresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı
Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak
7 mayDilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu
6 mayQusarda məşhur şadlıq sarayı BAĞLANDI
Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy
7 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 may"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)
Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri
7 mayHava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd
7 may"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"
7 may