Viktoriya Bekhem məktəbdə təqiblərə məruz qaldığından gileylənib

Viktoriya Bekhem məktəbdə təqiblərə məruz qaldığından gileylənibMüğənni və dizayner Viktoriya Bekhem gileylənib ki, vaxtilə bir mental xüsusiyyətinə görə məktəbdə sinif yoldaşları tərəfindən təqiblərə məruz qalıb.

Oxu.Az xəbər verir ki, o bu barədə "Call Her Daddy" podkastında danışıb.

51 yaşlı britaniyalı ulduzun sözlərinə görə, uşaqlıqda utancaq və çəlimsiz qız olub, özü-özünə disleksiya və diskalkuliya diaqnozu qoyub. Yazı yazanda, riyaziyyatı öyrənməkdə çətinlik çəkib. Buna görə də sinif yoldaşları tərəfindən daima masqaraya qoyulub.

"Amma bütün bunlar məni güclü etdi, çünki kollecdə də məni təqib etməyə başladılar. Yetərincə yaxşı olmadığımı, düzgün görünmədiyimi söyləyirdilər. Deyirdilər ki, səhnədə çıxış etmək üçün çox kütəm. Bütün bunlar məndə güclü olmaq əzmi yaradırdı", - deyə o xatırlayıb.

Bekhemin sözlərinə görə, heç vaxt həmyaşıdları ilə qaynayıb-qarışa bilməyib, çünki onlar məktəbdən sonra siqaret çəkib, əylənəndə, o, rəqslə və ya dram sənəti ilə məşğul olub.

"Dərim çox pis idi, qorxunc sızanaqlara bürünmüşdü, saçlarım isə solğun idi. Yadımdadır ki, uşaq meydançasında həmişə tək dayanırdım. Uşaqlar gölməçənin içindən tənəkə qutularını götürüb mənim üstümə tolazlayırdılar. Məktəbdə mənə həm fiziki, həm də mənəvi əziyyətlər verirdilər", - deyə ulduz əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 581   Tarix: 26 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021