"Onlara 2 ev vermişəm, siz öz dərdinizi çəkin!" - Video
Deputat Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyevanın ittihamları ilə bağlı növbəti dəfə açıqlama verib.
"Qafqazinfo"nun məlumatına görə, deputat bu barədə "Baku TV"yə danışıb.
O qeyd edib ki, məişət zəminində bu prosesin başlanması üçün heç bir motiv, heç bir əsas yoxdur: "Ola bilər ki, deputat olasan, qızının evi olmaya, çöllərdə qala?! Məntiqsizliyi görmürsünüz? Ödədiyim alimentin də qiyməti 850 manat olub. Siz deyirsiniz ki, gərək qızı ilə bağlı çıxıb həqiqəti deyəydi. İnsanın nankorluğu görəndən sonrakı reaksiyasını başa düşün. Üstəlik, gecə-gündüz dövlətə, dövlətçiliyə xidmət edən, mövqeli insan olasan. Kimlərsə hesab edər ki, mən sındım, zəiflədim və s. Yox! Qətiyyən! Mən bundan sonra dövlətimizin düşmənləri ilə daha güclü, daha inadcıl mübarizə aparacağam".
E.Nəsirov bildirib ki, ilk nikahdan olan qızının ata-babadan qalma 3-4 evi var: "Bunu çox tirajlayırlar ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan qalma 3-4 evi var. Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində 3 otaqlı bir ev, 1 otaqlı da bir ev gələn il istifadəyə veriləcək. O evlər də onlarındır. Yəni mənzillə, evlə bağlı problem yoxdur. Mən hətta özünü ürəyi yanırmış kimi danışanlara üzümü tutub deyirəm ki, yazıqsınız, özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın, öz dərdinizi çəkin. Evləri də, eşikləri də var. Sadəcə öyrədirlər, istiqamətləndirirlər, Elman Nəsirov ki bu qədər prinsipial, qətiyyətli mövqeyə malikdir, bəs bunda necə zəif nöqtə tapaq?!"
Ətraflı videoda:
Qeyd edək ki, son günlərdə L.Əliyeva adlı sosial şəbəkə istifadəçisi "TikTok"da video paylaşaraq deputat Elman Nəsirovun qızı olduğunu qeyd edib və ondan ata kimi qayğı görmədiyini vurğulayıb. E.Nəsirov isə onun açıqlamasının həqiqətə uyğun olmadığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2215 Tarix: 27 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabr