Onlar 400 min qrant almaqda ittiham edilir - Prokuror açıqladı
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə üç nəfərin məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, mühakimə olunanlar Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovadır.
Onlardan yalnız Bəşir Süleymanlı həbsdədir. Ayrı-ayrılıqda baxılan işlər üzrə prokuror ittiham aktını elan edib.
İttihamda deyilir ki, Bəşir Süleymanlı digər şəxslə birgə beynəlxalq donor təşkilatlarından bir sıra layihələrin keçirilməsi adı ilə 148 min, Qalib Bayramov (Qalib Toğrul) 100 min, Nərgiz Muxtarova isə 150 min manat qrant alıb. Lakin həmin vəsaitlərin alınması barədə müvafiq quruma məlumat verilməyib, pullar həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
Nərgiz Muxtarova "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbir olmaqda təqsirləndirilir. Ş.İsmayıl barəsində hələ ki ibtidai istintaq aparılır.
Təqsirləndirilən şəxslər isə heç bir epizod üzrə özlərini təqsirli bilməyiblər.
Qalib Toğrulun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq cinayət işi üzrə icraata xitam verilməsini istəyib. Vəkil vəsatətini cinayət işində qeyd olunan qrup üzvlərinin kimliyinin müəyyən edilməməsi və ittihamı əsaslandıran digər yetərli sübutların mövcud olmaması isə əlaqələndirib.
Məhkəmə bu vəsatəti əsassız sayaraq təmin etməyib.
Növbəti prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadə verəcəkləri gözlənilir.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1310 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustƏrini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin
11 sentyabrDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqust