"Azərbaycan-Belarus arasındakı münasibətlər strateji müttəfiqlik istiqamətində yüksələn xətlə inkişaf edir" - DEPUTAT

"Azərbaycan-Belarus arasındakı münasibətlər strateji müttəfiqlik istiqamətində yüksələn xətlə inkişaf edir" - DEPUTAT"Bu gün Azərbaycan-Belarus arasındakı münasibətlər yüksək dinamika ilə inkişaf edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Belarus dövlətləri arasındaki münasibətlər hər zaman səmimi dostluq və əməkdaşlıq prinsiplərinə söykənib:

"Müstəqillik əldə etdikdən sonra Belarus və Azərbaycan arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Amma Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında strateji tərəfdaşlıq dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və dostluq münasibətləri əsasında inkişaf edir. İki ölkə arasında münasibətlərini ikişafı müxtəlif sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində özünü göstərir".

Deputat vurğulayıb ki, Belarus-Azərbaycan münasibətləri yüksək səviyyəli rəsmi səfərlər və səmərəli müzakirələr, imzalanan yeni sənədlər sayəsində daha dinamik və işgüzar xarakter alıb:

"Aqrar istehsal və hərbi-sənaye kompleksinə, tranzit əhəmiyyətinə görə postsovet məkanında seçilən ölkələrdən olan Belarusla çoxşaxəli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun davam etdirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. İqtisadi inkişaf tempinə görə Belarus və Azərbaycanın postsovet məkanında öncüllər sırasında olmaları da ikitərəfli əməkdaşlığa olan marağı gücləndirir.Dövlət başçılarının qarşılıqlı səfərləri də münasibətlərin dinamik inkişafına xüsusi təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa 2006-cı ilin oktyabr ayında reallaşan ilk rəsmi səfəri ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi niyyətinin bariz təzahürü olub. Səfər zamanı imzalanmış "Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" müqavilə ticatər dövriyyəsinin artımında mühüm rol oynayıb.

İki ölkənin əməkdaşlığında müdafiə və hərbi sənaye sahələri mühüm yer tutur. Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planları hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinə geniş imkanlar açıb. Bu planlar ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkilini, silah sistemlərinin və hərbi texnikaların birgə modernləşdirilməsi üzrə tədbirlərin keçirilməsini, sülhü dəstəkləmə, humanitar yardım və xilasetmə əməliyyatlarının keçirilməsi barədə məsələhətləşmələri nəzərdə tutur. Onu da bildirək ki, Belarusun "Tetraedr" şirkəti 2011-ci ildən "Azairtechservice" şirkəti ilə birgə Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin arsenalında yer alan zenit-raket komplekslərinin və radiolokasiya stansiyalarının müasirləşdirilməsi prosesində iştirak edir. Bir sözlə Belarus Azərbaycanın MDB məkanında ən yaxın tərəfdaşıdır və ikitərəfli münasibətlər strateji müttəfiqlik istiqamətində yüksələn xətlə inkişaf edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 953   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr