"Vətən müharibəsi bizim şanlı qələbəmizin başlanğıcı idi və Azərbaycanın tarixi zəfərinin elan olunması ilə sona çatdı" - DEPUTAT

"Vətən müharibəsi bizim şanlı qələbəmizin başlanğıcı idi və Azərbaycanın tarixi zəfərinin elan olunması ilə sona çatdı" - DEPUTATİkinci Qarabağ müharibəsi ilə uzun müddət davam edən tarixi ədalətsizliyə son qoyuldu. Təəssüf ki, bu nailiyyətlər sülh masasında deyil, müharibə meydanında qazanıldı. Nə beynəlxalq ictimaiyyət, nə ikitərəfli, nə çoxtərəfli danışıqlar, münaqişənin həlli üçün yaradılmış qurumlar öz vəzifəsini yerinə yetirə bilmədi. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və torpaqlarını işğaldan azad etdi. 2020-ci ildə Azərbaycan, düşmənçilik və etnik dözümsüzlüyün yerinə, haqq mübarizəsinin nəticələrini – torpaqlarımızın azad edilməsini və həmin torpaqların əsl sahiblərinə qaytarılmasını təmin etdi. Eyni zamanda, bu hadisə bölgədə yeni bir dövrün başlanğıcını, genişmiqyaslı siyasi-iqtisadi proseslərin və çoxtərəfli regional əməkdaşlığın təməlini qoydu.

Vətən müharibəsi bizim şanlı qələbəmizin başlanğıcı idi və Azərbaycanın tarixi zəfərinin elan olunması ilə sona çatdı. 2023-cü ilin 19 sentyabrında isə zəfəri davam etdirən Azərbaycan Silahlı Qüvvələri son nöqtəni qoydu. 23 saat ərzində həyata keçirilən anti-terror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi bütün ölkə boyu tam bərpa edilərək, torpaqlarımızda terrorizmə və separatizmə son qoyuldu.

Azərbaycanın yenilməz və rəşadətli ordusu bu mübarizədə düşmənin bütün məkrli planlarını pozdu və qondarma Dağlıq Qarabağ anlayışını tarixdən sildi. Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidlərini rəsmən təsdiq etdi və bu ərazilərə öz tarixi adlarını geri qaytardı. Minlərlə Azərbaycanlı öz doğma ata-baba yurduna qayıtmaq, yaxınlarının qəbrlərini ziyarət etmək, öz doğulub-böyüdükləri evləri yenidən görə bilmək imkanı əldə etdilər.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.

Ölkə Prezidenti kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Prezident COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu.

Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Azərbaycan İslam dünyasının lider dövlətlərindən birinə çevrilmiş, müsəlman aləmini narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Suriya xalqına humanitar dəstək göstərilmişdir. Son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb.

Ölkəmizin mötəbər tədbirlərdə iştirakı İslam dünyasında və Qoşulmama Hərəkatı çərçivəsində etibarlı tərəfdaş statusunu, diplomatik çevikliyini və beynəlxalq hörmətini göstərir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi humanitar təşəbbüslər, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam dünyasının birliyi naminə atdığı addımlar, Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacı artırır. Müxtəlif liderlər Prezidentimizin tövsiyyə və fikirlərini eşitmək üçün ikitərəfli görüşlər keçirirlər. Onlar etiraf edirlər ki, belə bir həssas regionda Azərbaycan ideal xarici siyasət kursu həyata keçirə bilir və öz gündəliyini irəlilədir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 483   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021