Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat (FOTO)
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun işdən çıxarılan oğlu Kamran Səmədovun yerinə təyinat olub.
Sonxeber.az-ın "Unikal"a istinadən məlumatına görə, vaxtilə İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən Kamran Səmədovun yerinə Şəmşir Əhmədov təyin edilib. O, artıq işinin icrasına başlayıb.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır. S.Səmədovun oğlu Kamran Səmədov isə atasının "Georgi lenti" ilə çıxışından bir neçə gün sonra vəzifəsindən azad edilmişdi.
Bundan əvvəl Saleh Səmədovun digər oğlu Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə Zülfüqarov Nazim Məhərrəm oğlu gətirilib.
Həmçinin Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 627 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Professor Lalə Əlizadə vəfat etdi
Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək
21 martQəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat
"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı
20 martAzərbaycana yaz gəldi
Azərbaycana yaz fəsli qədəm qoyub. "Qafqazinfo" xəbər verir ki, yaz fəslinin ölkəmizə daxil olması bu gün saat 18:45:53-ə təsadüf edib. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şima
20 martBakı metrosunda yeni QADAĞA
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala
21 martBu gün Ramazan bayramıdır
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. xəbər verir ki, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildə
20 martAzərbaycanda itkin düşən 14 nəfər tapılıb
Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət
20 martBu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. xəbə
20 martAşıq verilişlərə xanəndələrlə bağlı şərt qoydu
Aşıq Əli Tapdıqoğlu xanəndələrdən şikayət edib. Axşam.az xəbər verir ki, sənətçi muğam ifaçılarının aşıq mahnısı oxumasını pisləyib. "Gün ortası" verilişində yer alan Əli verilişlərə şərt qoyduğunu da etiraf edib:. "Müsahibə veririəm, verilişdə səsimi kəsirlər. Biz musiqiçilərin dolanışığ
19 martEvlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR
Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub. -a istinadən məlumatlna görə, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib
21 mart