Nigeriya Prezidenti ABŞ lideri ilə xristianların qətllərinin müzakirəsinə hazırdır
Nigeriya Prezidenti Bola Tinubu ABŞ-nin bu ölkədə "xristianların qətlləri" barədə ittihamları ilə əlaqədar olaraq yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Tinubunun siyasi əlaqələr üzrə xüsusi müşaviri Deniel Bvala "X" sosial şəbəkəsində yazıb.
"Həm Prezident Bola Tinubu, həm də Prezident Donald Tramp üsyan və terrorçuluğun bütün formaları ilə mübarizə aparmaqda maraqlıdırlar.
Nigeriyadakı terrorçuların yalnız xristianları, yoxsa fərqli dini inanclara malik insanları hədəf alıb-almaması ilə bağlı fikir ayrılıqlarına gəldikdə, məsələ iki lider tərəfindən yaxın günlərdə (Nigeriyada) Prezident Sarayında və ya Ağ Evdə keçiriləcək görüşdə müzakirə olunmalı və həll edilməlidir", - D.Bvala qeyd edib.
Daha əvvəl Tramp bildirib ki, Pentaqona xristianları qorumaq üçün Nigeriyadakı terrorçulara qarşı potensial güc tədbirləri hazırlamağı tapşırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 854 Tarix: 02 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr