Həbsxanadan çıxdıqdan sonra qadını qətlə yetirdi, ardınca intihar etdi - VİDEO
Erzurumda baş verən dəhşətli hadisə şəhərdə böyük sarsıntı yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 22 oktyabrda həbsxanadan azad olunan Salih Aybas, səhər saatlarında bir müddətdir izlədiyi Nermin Tirit’i küçənin ortasında silahla vuraraq öldürüb. Daha sonra isə eyni silahla özünə atəş açaraq həyatına son verib.
Hadisə Yakutiye rayonunun Ömər Nasuhi Bilmen məhəlləsində baş verib. Məlumata görə, Salih Aybas Nermin Tirit’i küçədə qovmağa başlayıb. Tirit yaşadığı binanın həyətinə sığınmaq istəyərkən Aybas tərəfindən güllələnib. Qadın hadisə yerində həyatını itirib.
Məlumat üzərinə əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Aparılan ilkin yoxlamada həm Nermin Tirit’in, həm də Salih Aybas’ın həyatını itirdiyi müəyyən edilib. Erzurum Polis İdarəsinin rəisi Onur Karaburun hadisə yerinə gələrək araşdırmalara rəhbərlik edib.
Məlum olub ki, Nermin Tirit Erzurum Texniki Universitetində təmizlik işçisi kimi çalışırmış. Salih Aybas isə 2023-cü ildə Tiritə qarşı şiddət, təhdid və qəsdən adam öldürməyə cəhd ittihamları ilə həbs edilmiş və təxminən iki il cəza çəkdikdən sonra yalnız 10 gün əvvəl – 22 oktyabrda – azadlığa buraxılmışdı.
Hər iki şəxsin cəsədi tibbi ekspertiza üçün Erzurum Məhkəmə-Tibbi İdarəsinin morquna aparılıb.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 860 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabr