Nilüfər Konqres Mərkəzində sevgi və səmimiyyət dolu konsert proqramı ilə çıxış etdi - FOTOLAR
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Nilufər paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Sonxeber.az xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan gecədə əfsanəvi sənətkar pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb. Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan musiqi tədbirlərindən birinə çevirib.
Gecənin emosional məqamlarından biri Nilüfərin dərin hisslərlə ifa etdiyi "Yandırdın qəlbimi" mahnısı olub.
Konsertin bir digər unudulmayan məqamı Nilüfərin səhnəyə gənc bir pərəstişkarını dəvət etməsi olub. Sözügedən tamaşaçının da adı Nilüfər idi. Onlar birlikdə "Son arzum" mahnısını ifa edərək, zalda səmimi və duyğulu anlar yaradıblar. Lakin gecənin ən səmimi və əyləncəli anı tamaşaçılar arasından gəlib. Zalda əyləşən bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib. O, 35 illik ailə həyatları boyunca yalnız Nilüfərin mahnılarını dinlədiklərini bildirərək, sənətçiyə təşəkkür edib. Daha sonra xanım gülümsəyərək səhnəyə qalxıb və "Rəşid, bizi çək!" deyib. Bu məqam zalda həm gülüş, həm də alqış sədaları ilə qarşılanıb. Bu sözlərdən sonra Rəşid bəy də zaldan səhnəyə yaxınlaşaraq həyat yoldaşı və Nilüfərlə birgə xatirə şəkli çəkdirib. O da öz növbəsində sənətçiyə illərlə ailələrinə sevinc bəxş etdiyinə görə təşəkkürünü bildirib.
Gecedə iki geyim dəyişən sənətçi gözəlliyi ilə də göz oxşayıb. İki saat davam edən konsert boyunca köhnə və yeni mahnılarını canlı səsləndirən Nilüfər tamaşaçılara həm nostalji, həm də sevgi dolu bir musiqi səyahəti yaşadıb.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrRüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabrAlim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis
21 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabr"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabrEvində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə
6 sentyabr