Keçmiş televiziya aparıcısı anasını bıçaqlayaraq qətlə yetirib

Keçmiş televiziya aparıcısı anasını bıçaqlayaraq qətlə yetiribABŞ-ın Kanzas ştatının Viçita şəhərində yaşayan, bir vaxtlar televiziya ekranlarında xəbər aparıcısı kimi tanınan Angelynn Mock, öz anasını bıçaqlayaraq öldürməkdə ittiham olunur.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə daxil olan polis əməkdaşları evdə 80 yaşlı Anita Aversi yataqda qan içində və hərəkətsiz vəziyyətdə tapıblar. Aparılan ilkin araşdırma nəticəsində Aversin bədənində çoxsaylı bıçaq xəsarətləri olduğu müəyyən edilib. Tibbi müdaxiləyə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Bu vaxt evin həyətində olan 47 yaşlı Angelynn Mock polis tərəfindən saxlanılıb. Onun bədənində kəsik izləri aşkar edilib. Mock əvvəlcə xəstəxanada müalicəyə aparılıb, daha sonra isə ifadə vermək üçün polis bölməsinə aparılıb.

Məhkəmə qərarına əsasən, o, həbs edilib.

Cinayətin səbəbi ilə bağlı araşdırma davam edir. Hüquq-mühafizə orqanları hadisənin motivi barədə hələlik hər hansı nəticə əldə edilmədiyini bildiriblər.

Məlumata görə, Angelynn Mock 2011–2015-ci illər arasında St. Louis şəhərində fəaliyyət göstərən Fox 2 telekanalında aparıcı və müxbir kimi çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 811   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda

12 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45

12 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin ŞOK DETALLARI - VİDEO

Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub. xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınlar

12 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr