Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artırÖlkəmizdə elmin inkişafı, elm xadimlərinə diqqət və qayğı hər zaman dövlət rəhbərliyinin diqqət mərkəzində olub. Hələ Sovetlər Biliyi dövründə Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəməyib. Ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşmiş, bir neçə yeni elmi-tədqiqat institutu yaradılib, elmin inkişafına böyük vəsait ayrılırdı. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Bu və digər məsələlər noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda geniş müzakirə edilib. Yubiley tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini ürəkdən təbrik edib və Akademiyanın gələcək fəaliyyətinə onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, çox ağır bir dövrə təsadüf edən Müstəqilliyin ilk illərində məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı ölkəni böyük bəlalardan qurtara bilmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Həmin görüşdə Ulu Öndə bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Həmin dövrdə ölkə ciddi maliyyə çatışmamazlıqları ilə üz-üzə qalsa da Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.
Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetiririb. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev bildirib ki, "Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı".
Qeyd edilib ki, son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib və akademiya şəhərciyində yerləşən binaların təmiri aparılib. Yeni böyük elmi kitabxana və Milli Ensiklopediya üçün yeni bina inşa edilib. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizatı aparılıb. 2009-cu ildə Elm Fondu yaradılıb. Bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Həmin vaxt elmin inkişafı üzrə Milli Strategiya, "Elm haqqında" Qanun və Dövlət Proqramı qəbul edilib. Prezidentin öz çıxışında qeyd etdiyi kimi "bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir".
Hazırda ölkə qarşısında duran əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilib. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik".
Bu gün hər bir ölkənin inkişafını və təhlükəsizliyini həmin ölkənin texnoloji imkanları şərtləndirir. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Ölkə başçısının dediyi kimi: "təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır".
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. "Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır",- deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.
Ölkənin qarşısında duran digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalıb və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Dövlətimizin başçısı qeyd edib: "Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək".
AMEA-nın yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, "Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik".
Artıq ölkəmizdən bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edilir və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın.
Öz çıxışında ölkənin iqtisadi inkişafına toxunan Prezident İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Azərbaycanın xarici borcu inkişaf etmiş bir çox xarici dövlətlərdən fərqli olaraq UDM-un cəmi 6 faizdən çoxunu təşkil edir. Ölkənin valyuta ehtiyatları ildən-ilə artaraq 80 milyard dolları ötüb, bu da xarici borcdan 16 dəfə çoxdur.
Hazırda Azərbaycanın iqtisadi və maliyyə dayanıqlılığı imkan verir ki, böyük investisiya layihələrini icra edilsin. Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda dünyada misli görülməmiş işlər görülür.
Prezident İlham Əliyev yubiley mərasimindəki çıxışında Azərbaycan alimləri qarşısında yeni vəzifələr qoyub. Bildirilib ki, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Dövlətimizin başçısı qeyd edib: "Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".
Həmçinin vurğulanıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. "Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar - yəni, bu məsələyə çox böyük diqqət verməlidirlər", - deyə Prezident vurğulayıb.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 374   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçıla

7 may
.

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki

7 may
.

Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

7 may
.

Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...

"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas

7 may
.

"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO

"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib. Bu barədə xəbər verir. "Kintsugi" yapon fəlsəfəsin

7 may
.

Qusarda məşhur şadlıq sarayı BAĞLANDI

Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy

7 may
.

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B

7 may
.

Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl

7 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may