"Azərbaycanda mövcud olan tolerantlıq mühitinin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük" - DEPUTAT

"Azərbaycanda mövcud olan tolerantlıq mühitinin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük" - DEPUTAT"Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Başqa sözlə, bu gün Azərbaycan cəmiyyətinin və dövlətinin həm sosial-iqtisadi inkişafının, həm də mənəvi tərəqqisinin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunması və inkişafı baxımından regionun lider dövlətinə çevrilib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb:

"Azərbaycan tarixən tolerantlıq və dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri və tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub.

Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük, çünki Vətən müharibəsində qələbədə ölkəmizdə olan bütün icmaların payı və töhfəsi oldu. Bütün xalqlardan, etnik və dini icmalardan olan nümayəndələr vahid amal və vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilməsini və bütün xalqlara hər zaman eyni münasibətin olmasını bir daha göstərdilər.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın və fəaliyyətiin mənasızlığını ortaya qoydular".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycanda mövcud olan tolerantlıq mühitinin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 686   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"O səsləri bu uşaqlar eşitməsinlər"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd sakini İlqar Həsənovun evinə qonaq olub. "Qafqazinfo"nun məlumatına görə, burada dövlət başçısı və ev sakinləri arasında maraqlı söhbət baş tutub. Qadın sakin: Bizim eşitdiyimiz

25 fevral
.

Mehriban Əliyevaya daha bir vəzifə verildi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şuras

27 fevral
.

Gəncədə Cümə məscidində təmir-bərpa işlərinə 1,6 milyon vəsait ayrıldı

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinə 1.6 milyon manat ayrılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

2 mart
.

Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarını

2 mart
.

Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır

26 Fevral - Xocalı soyqırımı yalnız Azərbaycan tarixinin qanlı səhifəsi deyil, bütöv bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsidir. Mülki əhaliyə qarşı zorakılıq, qadın və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir v

27 fevral
.

"Tarix bu ədaləti hər zaman xatırlayacaq" - DEPUTAT

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırı

24 fevral
.

Prezident FHN-ə yeni səlahiyyət verdi

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliy

27 fevral
.

Rəsmi Bakıdan İrandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

"İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq"

28 fevral
.

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Ana

26 fevral