"Tarix bu ədaləti hər zaman xatırlayacaq" - DEPUTAT

"Tarix bu ədaləti hər zaman xatırlayacaq" - DEPUTAT"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırım hadisəsi zamanı Xocalıdan olan 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Bundan başqa, 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. 487 insan şikəst olub, 1275 nəfər isə əsir götürülmüşdür. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Xocalı fəlakətinin izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli fotolarda açıq əks olunub:

"İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar.
İşğal nəticəsində Xocalı şəhərində yüzlərlə məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdılıb, XIV-XV əsrə aid türbələr və məzarlar da yerlə-yeksan olunub.
Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral "Xocalı Soyqırımı Günü" elan edilmişdir. Bundan sonra hər il ölkə ərazisində və xarici dövlətlərdə anım mərasimləri keçirilir. Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində geniş fəaliyyət aparılır. Bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bəzi ştatları bu hadisəni qətliam və ya soyqırımı kimi tanımışdır. Lakin böyük güclərin geosiyasi maraqları, qərbi siyasi ikiüzlülüyü və dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı. Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu akt tənzimləməyə görə, məqsədyönlü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qətliamdır. Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası başladılmışdır. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlərin yazıları dərc edilmişdir".

Deputat onu da vurğuladı ki, Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi addımlar atıb:

"BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı iş aparılır. Diplomatik səylər nəticəsində bir sıra ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul etmişdir. Eyni zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir.
Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışırlar. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınmışdır. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırmışdır.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncam imzalamışdır.
Xocalıya qayıdış prosesi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı "Böyük Qayıdış" proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günədək Xocalıda 8 yaşayış məntəqəsinə 881 ailə, 3.602 nəfər köçürülmüşdür. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə "Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik" deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini ifadə etmişdi.
Soyqırımın 34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu. Bu müddət ərzində heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham dövlətimizi qanunun aliliyini qorumaqdan və ölkəmizə, xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirmədi. Müharibə cinayətlərində ittiham olunan şəxslər üçün cəzasızlıq tələb etmək bu cinayətlərə ortaq olmaq deməkdir.
Tarix bu ədaləti hər zaman xatırlayacaq və dayanıqlı sülh ədalət olmadan mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 621   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr