Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdir və yeni mərhələlərdə yeni təşkilatların və hərbi blokların meydana çıxması gözlənilən hadisələrdəndir".
Bunu Sonxeber.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
Ekspert bildirin ki, bu mənada Türk Dövlətləri Təşkilatını perspektivli təşkilat hesab edir:
"Çünki təşkilatda təmsil olunan dövlətlər arasında milli, etnik, dini, tarixi və mədəni bağlılıqlar mövcuddur. Eyni zamanda iqtisadi münasibətlərin inkişafı üçün də böyük potensial var. Bu istiqamətdə indiyədək bir sıra addımlar atılıb. Qarşılıqlı investisiya qoyuluşları ilə yanaşı, siyasi əlaqələrin və təhlükəsizlik istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin mədəni əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Hazırda əsas prioritetlərdən biri təhlükəsizlik məsələləridir. Dövlət başçısı da qeyd etdi ki, kiber təhlükəsizlik və digər istiqamətlərdə yeni təhdidlər yaranır. İstər texnoloji, istər hərbi, istərsə də ideoloji müstəvidə təhdidlərin artdığını müşahidə edirik. Bu baxımdan Türk Dövlətləri Təşkilatının təhlükəsizlik istiqamətində əməkdaşlığının və qarşılıqlı əlaqələrinin gücləndirilməsi, həmçinin hər hansı təhdidə qarşı çevik reaksiyaların verilməsi ilə bağlı ortaq mexanizmlərin qurulması başlıca şərtlərdəndir".
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuraları başçılarının görüşü və dövlət başçısının verdiyi mesajlar kifayət qədər önəm daşıyırdı:
"Bir məsələni xüsusilə qeyd etməliyik ki, Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir və birləşdirici funksiyanı həyata keçirir. Azərbaycan Prezidentinin indiyədək irəli sürdüyü təklif və təşəbbüslər Türk dövlətləri tərəfindən müsbət qarşılanıb. Bu təşəbbüslərin reallaşdırılması üçün praktiki mexanizmlər hazırlanır və proses davam edir. Azərbaycanın təşəbbüsü ilə dəfələrlə zirvə görüşləri keçirilib və bu görüşlərin hər birində önəmli nəticələr əldə olunub. Eyni zamanda dünyada Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, İran-Birləşmiş Ştatlar arasındakı münasibətlər, Tayvan gərginliyi, su və nəqliyyat marşrutları ilə bağlı riskləri artırıb. Bu da onu deməyə əsas verir ki, yaranmış proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb".
Ekspert qeyd edib ki, Türk dövlətləri Orta Dəhlizin əsas dövlətləridir və xüsusilə Azərbaycan Orta Dəhliz baxımından əvəzolunmaz ölkədir:
"Buna görə də Orta Dəhlizin təhlükəsizliyi ilə bağlı risklər minimuma endirilməlidir. Bu baxımdan Azərbaycan Türk Dövlətləri Təşkilatının önəmli ölkəsi olaraq bir sıra beynəlxalq təşkilatlarda olduğu kimi, burada da əhəmiyyətli mövqeyə malikdir. Azərbaycanın iqtisadi potensialı, beynəlxalq səviyyədə təcrübəsi, xüsusilə Vətən müharibəsindən sonra artan nüfuzu və beynəlxalq mövqeyinin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatında da ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırıb. Bundan sonrakı perspektivdə də Azərbaycanın təşəbbüskar ölkə olaraq Türk Dövlətləri Təşkilatındakı rolunun daha da möhkəmlənəcəyini düşünürəm".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO