Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumatlara əsasən, bu iş üzrə onunla birlikdə 33 yaşlı daha bir şəxsin də adı keçir. Onlar tamah məqsədilə və zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğunda ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi).
Kamensk-Uralsk şəhərinin Sinarsk Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şübhəlini istintaq təcridxanasına göndərib.
Xatırladaq ki, Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 avqust 2024-cü ildə cəzaçəkmə müəssisəsindən buraxılıb. Son vaxtlar Beloyarsk rayonunda yaşayıb. Tiqranın mühakimə olunduğu qətl hadisəsi böyük səs-küyə səbəb olmuşdu.
İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni idmançı Alpinistlər küçəsindəki "U Saşi" kafesində vaxt keçirirmiş. Eyni məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub. Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib. Bu zaman Tiqran rəqibinin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində azərbaycanlı futbolçu həyatını itirib. Tiqranın qardaşı Andranik Çiçakyan isə həmin insidentdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, dava zamanı onun alın sümüyü sındırılmışdı. Andranik 2017-ci ildə quldurluq və sağlamlığa ağır zərər vurma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İki il sonra yenidən quldurluq edərkən yaxalanıb və buna görə üç il müddətinə koloniyaya göndərilib. Tiqran özü azərbaycanlı futbolçunun qətlində günahını heç vaxt etiraf etməyib.
Xəbərdə bildirilir ki, Emil Hüseynov Azərbaycanda kifayət qədər tanınmış futbolçu olub. Onun karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" klublarının formasını geyindiyi vurğulanır. 2011-ci ildə peşəkar futbolla vidalaşan idmançının qohumunun biznesinə kömək etmək məqsədilə Yekaterinburqa köçdüyü bildirilir.






Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 536 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvvəl arvadını sonra özünü bıçaqlamaqda şübhəli bilinir
Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib. 33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarə yetirməkdə şübhəli bilinir. Yaralı ər-arvad xəstəxanay
17 iyulAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabr21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı-Yenilənib
Ağstafa sakini ürəyindən bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməs
14 iyulLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqust