"8 Noyabr — Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və birliyin rəmzidir" - DEPUTAT

"8 Noyabr — Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və birliyin rəmzidir" - DEPUTAT"8 Noyabr — Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir. Bu tarix təkcə bir qələbə deyil, həm də milli həmrəyliyimizin, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin rəmzidir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycan tarixində dönüş nöqtəsi oldu — illərlə işğal altında qalan torpaqlar azad edildi, ədalət bərpa olundu, xalqımızın qüruru özünə qaytarıldı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

"8 Noyabr — Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və birliyin rəmzidir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Zəfər Günü xalqımızın bir yumruq kimi birləşdiyi, ordumuzun qüdrətinin və rəhbərliyin müdrikliyinin təntənəsidir:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və dəmir iradəsi bu Qələbənin əsas dayağı oldu. Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il davam edən ədalətsizliyə son qoydu və tarixi ədaləti bərpa etdi.

Bu gün artıq həmin zəfərin bəhrələrini görürük. Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş torpaqlarda "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır. Füzuli, Zəngilan və Laçın hava limanları, yeni avtomobil və dəmir yolları regionun inkişafına güclü təkan verir.

Şuşa, Azərbaycanın mədəniyyət paytaxtı kimi, öz tarixi simasını bərpa edir. Qədim abidələr, məscidlər, mədəniyyət ocaqları bərpa olunur, "Xarıbülbül" festivalı və "Vaqif Poeziya Günləri" kimi tədbirlər yenidən dirçəlir. Ağalı kəndi "ağıllı kənd" modeli ilə azad edilmiş torpaqlarda müasir yaşayışın başlanğıcını qoyub. Yeni məktəblər, xəstəxanalar, sənaye zonaları, enerji layihələri və aqroparklar sayəsində bölgə iqtisadi cəhətdən dirçəlir, minlərlə yeni iş yeri açılır.

Bu inkişaf prosesi təsdiq edir ki, Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmayıb — o, Azərbaycanın quruculuq və inkişaf dövrünün başlanğıcıdır. Dövlətimizin məqsədi azad edilmiş torpaqları təkcə bərpa etmək deyil, onları müasir, yaşıl, dayanıqlı regiona çevirməkdir. Prezident İlham Əliyevin də dediyi kimi, "biz bu torpaqlara həyat, işıq və gələcək gətiririk."

8 Noyabr — Zəfər Günü bu gün hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və birliyin rəmzidir. Bu gün biz qəhrəman şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin şücaətinə dərin hörmətlə yanaşırıq. Qalib xalqın bir övladı kimi hər birimiz bilirik ki, bu Zəfər asan qazanılmayıb və onu qorumaq hər birimizin borcudur.

Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayraq təkcə torpaqlarımızın deyil, həm də xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin simvoludur. Azərbaycan xalqı bu Zəfəri tarixin yaddaşına yazdı və bu zəfər sonsuza qədər bizimdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1311   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr