Qadını cavan göstərən geyim rəngi: 6 uğurlu çalar

Qadını cavan göstərən geyim rəngi: 6 uğurlu çalarƏgər 50 yaşdan yuxarısınızsa, bu çalarları qarderobunuza əlavə edərək daha cəsarətli və yenilənmiş obraz yarada bilərsiniz.

Lent.az bu rəngləri təqdim edir:

Stilistlər zeytun-yaşıl rəngli geyimlərə diqqət yetirməyi tövsiyə edirlər. Yaş artdıqca stil təbii olaraq dəyişir. Bu, bəzən dar top-ları daha zərif bluzlarla əvəz etmək deməkdir. Lakin bəzən məsələ geyimdə yox, rəngdə olur. Düzgün seçilmiş rənglər dərini dərhal daha təravətli göstərə, canlılıq qata və hətta dəriyə daha hamar, gənc görünüş effekti verə bilər. Stilistlər sizə yaşınızı aşmadan daha cavan görünməyə kömək edəcək geyim rənglərini bölüşüblər.

1. Tünd göy
Bəzi parlaq rənglər yaş artdıqca çox sərt görünə bilər. Çünki "çəhrayımız solur, saçlarımız ağarır", - deyə imic-stilisti Elizabet Kosich izah edir. Onun sözlərinə görə, qara rəng ən sərt rəngdir, buna görə də onu tünd göylə əvəz etməyi məsləhət görür.

"O, sizin yeni neytral rənginiz ola bilər. Qaranı çox da axtarmayacaqsınız, çünki tünd göy güc rəngidir. Bununla belə, o, etibar, sədaqət və özünəinam simvoludur, sanki məxmər əlcək kimi", - deyə o bildirib.

2. Bənövşəyi
Yaş artdıqca parlaq rənglərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əgər 50+ yaşınız varsa və obrazınıza bir az "vau-effekti" qatmaq istəyirsinizsə, Kosich bənövşəyi çalarlara üstünlük verməyi tövsiyə edir.

"Bu rəng sizin aktual və trendlərə uyğun olduğunuzu göstərir", - stilist əlavə edib. Onun sözlərinə görə, bənövşəyi vurğu rəngi kimi mükəmməldir.

3. Yumşaq ağ
Ağ rəngin bəzi çalarları 50 yaşdan sonra ideal görünməyə bilər.

"Yaş artdıqca dərinin tonu açılır və parlaq ağ rəngi daşımaq çətinləşir. Eləcə də fil sümüyü çalarları bəzi dəriləri sarı-yaşıl göstərə bilər", - deyə imic məsləhətçisi Kerol Devidson xəbərdarlıq edir. Həlli isə yumşaq ağdır.

"Yumşaq ağ ilboyu qarderobun ayrılmaz hissəsidir və bütün dəri tonlarına yaraşır", - Devidson bildirir.

4. Bordo
Moda eksperti Mariya Velniçeriu bildirib ki, bordo "istənilən obrazı zənginləşdirən, zərif və dəbdəbəli çalardır". Onun fikrincə, bordo həm əsas, həm də vurğu rəngi kimi istifadə oluna bilər.

"Hər iki halda stilə yetkinlik və incəlik hissi qatır", - deyə o qeyd edib.

5. Tən çəhrayı (blush pink)
Əgər bənövşəyi və bordo sizə çox parlaq görünürsə, daha yumşaq tən çəhrayıya üstünlük verə bilərsiniz. Stilist Vivyen Desürmonun sözlərinə görə, bəzi yaşlı insanlar çəhrayıdan qaçırlar, "çünki onu çox gənc və ya yetərincə universal olmayan rəng kimi qəbul edirlər". Lakin bu belə deyil.

"Nazik, yumşaq tən çəhrayı qadınlıq qatır, obrazı təravətləndirir. Bu rəng hər dəri tonuna yaraşır və həm gündəlik, həm də rəsmi kombinasiyalarda ideal görünür", - Desürmon izah edir.

6. Zeytun-yaşıl
Son dövrlərdə yaşıl rəng xüsusi populyarlıq qazanıb və siz bu trenddən yararlana bilərsiniz. Kosich zeytun-yaşıl çalarlara diqqət yetirməyi məsləhət görür, çünki bu rəng "yaşılın daha yumşaq, neytral formasıdır və həm açıq, həm tünd, həm isti, həm də soyuq tonlarda olur".

"Dərinin rənginə, saçınıza və gözlərinizə ən uyğun çaları tapın və onu, məsələn, parlaq qırmızı kimi vurğu rəngi ilə kombin edin", - deyə stilist tövsiyə edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 794   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr