Müəllimini aldadıb ona 355 min "atdı" - Atası bulvarda intihar etmişdi...
Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Bildirilib ki, Nihad Lənkəranda orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil alıb. Sonra onun orta məktəbdə müəllimi olmuş Lənkəran şəhər sakini Rəhilə Əliyevanın (zərərçəkmişlərin ad-soyadları şərtidir) BƏƏ-də işləyən oğlu Mirseyidlə münasibəti yaranıb.
Nihad onları Dubaydan elektron fotoaparatlar gətirib ölkədə satmağın yüksək gəlir gətirəcəyinə inandırıb. Nihadın coğrafiya müəllimi olmuş atası Rasim Rəhimov ilə məktəbdə iş yoldaşı olan Rəhilə Əliyeva onun dediklərinə inanıb və 355 min manat pul verib.
Lakin o verdiyi vədlərə əməl etməyərək aldığı pulların hamısını dələduzluqla ələ keçirib. Nihad həmin dövrdə müxtəlif ölkələrə səfərlər edərək vəsaitin böyük hissəsini xərcləyib.
Bundan başqa, Nihadın müəllim kimi işə düzəltmək adı ilə 2 nəfərdən 5 min və 40 min manat, bir nəfərdən isə Dubayda hotel biznesinə yatırım vədi ilə 41 min manat alaraq ələ keçirməsi də müəyyənləşdirilib.
Məhkəmə araşdırması zamanı N.Rəhimli bildirib ki, 2023-cü ildə vəfat edən atası zərərçəkmiş şəxslərin bəziləri ilə birgə iş görüb və aralarında pul məsələsi olub. O, ittihamların böyük hissəsini qəbul etməyib.
Nihadın anası isə ifadəsində qeyd edib ki, mərhum əri müəllim kimi işlədiyi məktəbdə iş yoldaşı Rəhilə Əliyeva ilə birgə iş görüb. O, ərinin Rəhilədən faizlə pul götürdüyünü və ona 300 min manata yaxın pul verdiyini deyib.
Həmçinin məlum olub ki, Nihadın atası həmin ərəfədə Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edibmiş.
Məhkəmə Nihadı Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib. Ona 7 il həbs cəzası verilib.
Həmçinin Nihada qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan müəllimi olmuş Rəhilə Əliyevaya 313 min manat, digər 2 zərərçəkənə isə 46 min manat tutularaq ödəməsi yer alıb.
Fotoda: Rasim Rəhimov

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1246 Tarix: 20 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqust4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqust