Hər gün yaşıl çay içməyin orqanizmə FAYDALARI

Hər gün yaşıl çay içməyin orqanizmə FAYDALARIYaşıl çayın hər gün içilməsi orqanizmdə elə dəyişikliklər yaradır ki, hətta həkimləri belə təəccübləndirib.

Tədqiqatlar göstərir ki, yaşıl çayın gündəlik qəbulu beynin qocalmasını ləngidir, konsentrasiyanı artırır və əhvalı yaxşılaşdırır. Bu təsir isə "yaşıl Aralıq dənizi pəhrizi" adlandırılan xüsusi qidalanma modelindəki unikal maddələrlə əlaqələndirilir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, yaşıl Aralıq dənizi pəhrizi klassik pəhrizin daha gücləndirilmiş variantıdır və bitki mənşəli zülalların, antioksidantlarla zəngin məhsulların çoxluğunu özündə birləşdirir. Rasionda tərəvəzlər, meyvələr, paxlalılar, tamtaxıllı qidalar, qoz-fındıq, zeytun yağı, az miqdarda balıq və quş əti üstünlük təşkil edir. Əsas vurğu yaşıl bitkilər, yosunlar və əlbəttə ki, yaşıl çaydır.

Bu yanaşma həm beynin fəaliyyətinə, həm ürək-damar sisteminə, həm də maddələr mübadiləsinə və bağırsaq sağlamlığına müsbət təsir göstərir. Burada əsas rol iltihabla və oksidləşmə stresiylə mübarizə aparan polifenollara verilir. 18 ay ərzində təxminən 300 iştirakçıya nəzarət edilib. Onlar üç növ pəhriz saxlayıblar: standart sağlam pəhriz, klassik Aralıq dənizi pəhrizi və yaşıl Aralıq dənizi pəhrizi.

Nəticələr göstərib ki, hər gün yaşıl çay içənlərdə beyin qocalması ilə bağlı olan zülalların səviyyəsi daha aşağı olub. Bu təsir yaşıl çayın güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə izah olunur. Əsas fəal maddələr polifenollar və L-teanindir. Polifenollar iltihabı azaldır və beyin hüceyrələrini qoruyur. L-teanin isə dopamin və GABA istehsalını stimullaşdıraraq diqqəti və əhvalı yaxşılaşdırır.

Yaşıl çay beyin üçün "sakit aydınlıq" effekti yaradır. İçindəki az miqdarda kofein və L-teaninin birləşməsi nəticəsində beyin yorulmadan daha effektiv işləyir, əsəbilik və gərginlik yaranmır. Buna görə yaşıl çay zehni fəaliyyət, meditasiya və uzunmüddətli konsentrasiya üçün tez-tez tövsiyə olunur.

Yaşıl çaydakı katexinlər güclü antioksidant rolunu oynayır və yaşla bağlı dəyişikliklərin qarşısını alır. Daimi istifadə yaddaşın və diqqətin qorunmasına kömək edir. Bundan əlavə, polifenollar qanda şəkər və xolesterin səviyyəsini tənzimləyərək diabet və ateroskleroz riskini azaldır.

Yaşıl çay həm beyni qoruyan, həm də bədəni cavanlaşdıran təbii vasitə hesab olunur və bunun üçün heç bir əlavə dərman tələb olunmur. Yaşıl çayı düzgün hazırlamaq üçün gündə 2–3 fincan kifayətdir. Su temperaturu 80–85 °C olmalıdır, çünki qaynar su dəyərli maddələri məhv edir. Şəkər əlavə etmədən içmək daha yaxşıdır, istəsəniz bal və ya steviya istifadə edə bilərsiniz.

Çayı səhər və günün ilk yarısında içmək məsləhətdir ki, kofein yuxunu pozmasın. Yaşıl çayı gündəlik qida rasionuna daxil edən insanlar bir neçə həftə ərzində diqqətin artdığını, yorğunluğun azaldığını və emosional vəziyyətin stabilləşdiyini hiss edirlər.

Bu içki möcüzə yaratmasa da, beyin sağlamlığını qorumağın və qocalmanı ləngitməyin ən sadə yollarından biridir. Bir neçə dəqiqəlik çay fasiləsi orqanizmə həm antioksidantlar, həm enerji, həm də daxili rahatlıq bəxş edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6064   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr