Alimlər beynin davranışını təqlid edən "transneyron" hazırladı

Alimlər beynin davranışını təqlid edən "transneyron" hazırladıAlimlər beynin fərqli bölgələrinə məxsus davranışları təqlid edə bilən tək bir süni neyron hazırlayıblar. Bu, robotların insanabənzər şəkildə dünyanı dərk edib reaksiya verməsinə doğru atılmış mühüm addım hesab olunur.

Qaynarinfo xəbər verir ki, "transneyron" adlandırılan bu qurğu görmə, planlaşdırma və hərəkətlə əlaqəli tapşırıqlar arasında keçid edə bilir. Bundan əlavə, məlumatı elektrik impulsları vasitəsilə emal edərək, donanımı bioloji hesablamaya bir addım daha yaxınlaşdırır.

Loughborough Universitetinin rəhbərliyində, Salk İnstitutu və Cənub Kaliforniya Universitetinin əməkdaşlığı ilə hazırlanan cihaz, real neyronların davranışını təqlid etmək üçün nəzərdə tutulub.

Digər süni neyronlardan fərqli olaraq müxtəlif rolları yerinə yetirə bilir

Klassik süni neyronlar adətən tək bir funksiyaya fokuslanır, lakin yeni transneyronlar elektrik xüsusiyyətlərini dəyişdirərək müxtəlif rollar icra edə bilir.
Loughborough Universitetindən professor Sergey Saveliev bildirir ki, tək bir süni neyron görmə, motor və premotor funksiyalarını təqlid edə bilir. Bu isə az sayda donanımla son dərəcə mürəkkəb tapşırıqları yerinə yetirə bilən çiplərin hazırlanmasına imkan yaradır.

Araşdırmaçılar transneyronu müxtəlif elektrik siqnalları ilə qidalandıraraq, çıxışdakı impulsları makak beynindən alınmış neyron qeydləri ilə müqayisə ediblər. Cihaz üç fərqli beyin bölgəsinə aid siqnal nümunələrini 100%-ə qədər dəqiqliklə yenidən yarada bilib. Bu nümunələr müntəzəm atəşləmə formalarından tutmuş xaotik impuls sıçramalarına qədər uzanırdı.

Loughborough Universitetinin professoru Aleksandr Balanov bildirir ki, kiçik elektrik tənzimləmələri cihazın müxtəlif neyron növləri kimi davranmasını təmin edir.

O əlavə edir ki, süni neyronlar təzyiq və temperatur kimi ətraf mühit dəyişikliklərinə də yaxşı reaksiya verir və gələcəkdə süni duyğu sistemlərində istifadə oluna bilər. Bu qurğunun həmçinin daha sürətli və enerji baxımından səmərəli kompüterlərin inkişafına təkan verəcəyi də qeyd olunur.

Alimlər beynin davranışını təqlid edən "transneyron" hazırladıBioloji neyron kimi işləyir

Araşdırma qrupu transneyronun yalnız neyron davranışını təqlid etmədiyini, həm də məlumatı emal etdiyini göstərib. Giriş siqnalı dəyişdikdə, cihaz bioloji neyronlarda olduğu kimi atəşləmə sürətini dəyişə bilir. İki siqnal eyni anda verildikdə isə, onların zamanlamasına uyğun olaraq müxtəlif reaksiyalar göstərir. Belə əməliyyatlar adətən bir neçə süni neyron tələb edir.

"Transneyron"un bu çevikliyi elektrik cərəyanı ilə fiziki olaraq forma dəyişən nano ölçülü memristordan qaynaqlanır. Bu memristorun içindəki gümüş atomları xırda körpülər qurub dağıdaraq elektrik impulsları yaradır. Temperatur, gərginlik və müqavimət dəyişdikcə bu impulsların quruluşu da dəyişir və beləliklə, heç bir proqram təminatına ehtiyac qalmadan neyronun rolu dəyişə bilir.

Salk İnstitutundan Dr. Sergey Gepşteyn xatırladır ki, ənənəvi kompüterlər məlumatı beyin kimi deyil, sərt və ardıcıl addımlarla emal edir:

"Transneyron"umuz beyin davranışını proqramla sadəcə təqlid etmək əvəzinə, həqiqətən beyinə bənzər şəkildə işləyən mərkəzlər yaratmağa bizi daha da yaxınlaşdırır."

Növbəti hədəf: "çip üzərində korteks"

Komanda növbəti mərhələdə "transneyron"lardan ibarət şəbəkə yaradaraq "çip üzərində korteks" hazırlamağı planlaşdırır. Onların fikrincə, bu cür şəbəkələr robotlara real vaxtda qavrama və adaptasiya bacarığı qazandıra bilər. Eyni zamanda, daha səmərəli, ömür boyu öyrənə bilən və aşağı enerji sərf edən maşınların yaranmasına şərait yaradacağı düşünülür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 559   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr