Gündəlik ənənəvi 10 min addımdan daha effektiv üsul: Ən faydalı gəzinti növü hansıdır?
Dayaq kimi iki çubuqdan istifadə edilən Skandinaviya gəzintisi sağlamlıq üçün xüsusilə faydalıdır. Bu məşq bədənin əzələlərinin 90%-ə qədərini əhatə edir, enerji sərfiyyatını 20% artırır və ürək-damar sisteminə müsbət təsir göstərir.
Oxu.Az "Huff Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə britaniyalı terapevt Cüzeppe Araqona danışıb.
"Adi gəzinti zamanı bədən əzələlərinin təxminən 50%-i iştirak edir. Skandinaviya gəzintisi zamanı isə əlavə olaraq çiyin qurşağı, qollar, kürək və qarın əzələləri də cəlb olunur. Belə məşq fiziki formanı və sağlamlıq vəziyyətini gündəlik ənənəvi 10 000 addımdan daha effektiv şəkildə yaxşılaşdırır", - deyə Araqona qeyd edib.
Mütəxəssis əlavə edib ki, Skandinaviya gəzintisi oynaqları gücləndirməyə kömək edir, duruşu, yerişi və hərəkətlərin koordinasiyasını yaxşılaşdırır. Fiziki aktivliyin bu növü həmçinin zədələrdən sonra bərpa prosesində və ya əlavə hazırlıq və avadanlıq olmadan açıq havada məşq etməyi üstün tutanlar üçün də uyğundur. Eyni zamanda mütəmadi gəzinti zamanı ürək ekonomik (qənaətcil) rejimdə işləməyi "öyrənir", nəbz tezliyi azalır, miokarda (ürək əzələsi) dözümlülük isə artır.
"Əksər böyüklər üçün həftədə təxminən 150 dəqiqə orta intensivlikli məşqlər tövsiyə olunur. Skandinaviya gəzintisi bu məqsədə çatmaq üçün əla üsuldur", - deyə Cüzeppe Araqona vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 682 Tarix: 21 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabr