30 illik təcrübəli dəniz bioloqu akula hücumundan sağ çıxdı: "O mənim həyatımı bağışladı"
Təxminən 30 ildən çoxdur akulaları təbii mühitlərində araşdıran məşhur dəniz bioloqu Maurisio Hoyos sentyabr ayında Kosta Rikada elmi ekspedisiya zamanı həyatının ən qorxulu anlarından birini yaşayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 3–3,5 metr uzunluğunda olan dişi Qalapaqos akulası ona qəfil hücum edib. Hoyos başını aşağı salaraq şah damarını qorumağa çalışıb.
Akulanın çənəsi onun yanağına və başına toxunub, lakin heyvan bir neçə saniyə sonra onu buraxıb. Buna baxmayaraq, mişara bənzəyən 29 iti diş Hoyosun üzündə və başında dərin yaralar açıb, eləcə də dalğıc balonunun oksigen bağlantısını qoparıb.
Təcrübəli bioloq panikaya düşmədən ehtiyat oksigen xortumunu işə salıb, tənzimləyicinin təzyiqini dodaqları ilə idarə edərək koordinasiyalı şəkildə suyun üzünə çıxıb. Sahilə çatdırıldıqda tibbi heyət onu gözləyirdi. Yaraların böyük qismi infeksiya olmadan qısa müddətdə sağalıb.
Hoyos hadisədən sonra akulalara hörmətinin daha da artdığını, onların okean ekosistemində oynadıqları həyati rolu daha yaxşı anladığını deyir. Hadisə onun araşdırma eşqini də azaltmayıb — yanvar ayında yenidən Kosta Rikanın Kokos adasında dalış etməyi planlaşdırır və həmin gün qarşılaşdığı akula ilə bir daha üz-üzə gələcəyinə ümid edir.
Hücum edən akulanın onu dərhal buraxmasını "bir növ həyatımı bağışlaması" kimi dəyərləndirən bioloq belə deyib:
"Üzümdəki bu iz, həyatımı bağışlayan dişi akulanın canlı sübutudur. Onun sayəsində akulaların əhəmiyyətini müdafiə etməyə və okeanları qorumağa davam edəcəyəm"
Hoyosun yanağında qalmış yara izi həm onun möcüzəvi şəkildə həyatda qalmasının, həm də akulaların mühafizəsinə olan bağlılığının simvolu kimi qalır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 921 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabr