Eviniz düşündüyünüz qədər təmiz deyil - Ən çirkli əşya bu imiş
Ev təmizliyi çox zaman yalnız görünən çirklərin aradan qaldırılması ilə məhdudlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda istifadə etdiyimiz bir çox əşya əslində mikrob yuvasıdır və ev daxilində xəstəliklərin yayılmasında əsas rol oynayır. Hər gün dəfələrlə əlimizin dəydiyi bu əşyalar mütəmadi olaraq dezinfeksiya edilmədikdə bakteriya və virusların sürətlə çoxaldığı "gizli təhlükə nöqtələri"nə çevrilir.
Sonxeber.az xəbər verir ki, araşdırmalar ağıllı telefonların tualet oturacağından qat-qat daha çox bakteriya yığdığını ortaya çıxarıb.
Gün boyunca əldən düşməyən telefonlar çöldə topladığı kir, yağ, tər və mikrobları evə daşıyır. Mütəxəssislər telefonların hər gün ən az bir dəfə spirt tərkibli salfetlə silinməsini tövsiyə edirlər.
Ev içərisində mikrobların ən sıx olduğu yerlərdən biri də mətbəx süngərləridir. Daim nəm qalan bu süngərlər salmonella kimi təhlükəli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Buna görə də süngərlərin tez-tez dəyişdirilməsi, müəyyən aralıqlarla qaynar suda və ya mikrodalğada dezinfeksiya edilməsi tövsiyə olunur.
Televizor pultları, işıq açarları və qapı qolları evdə ən çox toxunulan səthlər sırasında olsa da, çox vaxt təmizlənməsi unudulur. Xüsusilə qrip və soyuqdəymə mövsümündə bu hissələr virusların və mikrobların ən tez yayıldığı nöqtələrə çevrilir. Mütəxəssislər bu səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsini vacib hesab edir.
Ev şəraitində işləyənlərin intensiv istifadə etdiyi klaviatura və siçan üzərində toz, yağ və yemək qalıqları toplanır. Bu isə mikrob yükünü artırır və infeksiya riskini yüksəldir. Klaviatura və siçanın həftədə ən az bir dəfə diqqətlə təmizlənməsi məsləhətdir.
Hamam və mətbəxdə istifadə edilən dəsmallar nəm qaldıqda bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Mütəxəssislər əl dəsmallarının bir neçə gündən bir, hamam dəsmallarının isə həftədə bir dəyişdirilməsini tövsiyə edirlər.
Hamamın nəm mühiti diş fırçaları üzərində mikrobların yerləşməsi üçün ideal şərait yaradır. Bu səbəbdən diş fırçalarının üç aydan bir yenilənməsi və dik vəziyyətdə saxlanması tövsiyə olunur.(yeni sabah)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 698 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabr