Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı
Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "URA.RU"ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib.
Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.
Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, bu bu ilin sentyabrında Vidadi Mustafayevin Şahin Şıxlinskinin yerinə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və "Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi"nə yeni rəhbər təyin olunması ilə bağlı informasiya yayılmışdı. Daha sonra isə Diasporla İş üzrə Dövlət Komitəsi sözügedən şəxsin Azərbaycan diasporuna heç bir aidiyyətinin olmadığını qeyd etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1394 Tarix: 01 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNovruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi
Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu
19 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrQəzada ağır yaralanan sürücü xəstəxanada öldü
Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind
30 oktyabrMeşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu
3 noyabrAtasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy
12 noyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabr