"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı

"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızıYeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb.

Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanət Hüseynova 41 yaşlı əri Röyal Hüseynovun qətlindən sonra 2 günə yaxın şübhəli şəxs kimi saxlanılıb, hadisənin 15 yaşlı oğlu tərəfindən törədildiyi ortaya çıxandan sonra isə sərbəst buraxılıb. Yeniyetmə istintaqın sonunda atasının ölümünə görə 10 il azadlıqdan məhrum edilib.

Mətanət məhkəmədə oğlunun onun yanında törətdiyi tükürpədici cinayət hadisəsinin necə baş verməsindən danışıb.

Bu epizod həddən artıq ağır olduğu üçün yeniyetmə oğlun atasını necə öldürməsi barədə qadının dediklərini tam təqdim edə bilmirik.

Qadının sözlərinə görə, hadisə baş verən vaxta kimi əri və 2 övladı ilə birgə Salyanın Yeni Uluxanlı kəndindəki fermada yaşayıb, çobanlıqla məşğul olublar.
"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızıSon illərdə isə əri pis vərdişlərə qurşandığı üçün ona əzab verib: "Röyal sonuncu dəfə qoyunları yaxşı ayıra bilmədiyimə görə məni təpik-yumruqla döyüb yerə yıxdı. Bununla da hirsi soyumayaraq kürəyimə təpik vurdu. Həmin gün anama zəng edib dedim ki, gəlib məni aparın. Amma mənə sahib çıxmadılar. Hətta bir ara fikirləşdim ki, Röyaldan canımı qurtarmaq üçün narkotik istifadə etdiyi barədə polisə məlumat verim. Fikirləşirdim ki, buna görə onu tutarlar, rahatlaşarıq. Oğlum sonuncu dəfə Röyalın məni bərk döydüyünü gördüyü üçün "Ana, narahat olma, səni onun əlindən qurtaracağam" demişdi. Amma dediyini edəcəyi heç ağlıma gəlməzdi…"

Mətanət hakimə deyib ki, cinayət baş verən günü də əri onu bərk döyüb. Həmin vaxt artıq səbir edə bilməyən oğlu evdəki ov tüfəngini götürərək atasını güllələyib: "Oğlumun belə bir şey edəcəyini düşünməzdim. Həmin an nə edəcəyimizi bilmədik. Ən birinci digər otaqda yatan azyaşlı qızımın hadisədən xəbər tutmamasına çalışdıq. Onu otaqdan çölə çıxmağa qoymadıq. Bundan sonra nə edəcəyimizi düşündük. Oğlum hələ uşaq idi, qətl törətdiyini deyə bilməzdim. Belə olan halda meyiti yox etməli idik. Ətrafda kameralar olduğu üçün meyiti bir neçə hissəyə ayırıb torbada aparmağı fikirləşdik. Elə belə də etdik. Oğlum əvvəlcə bıçaqla meyitin ayaqlarını kəsdi. Sonra isə balta ilə bir neçə yerə ayırdı. Başını kəsmək istəyəndə isə onu saxladım.
"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızıBundan sonra cəsədi "meşok"a yığdıq, atın belinə qoyub aparıb kənddən kənardakı kollektora atdıq. Evə qayıdan kimi isə əvvəlcə tüfəngi odun sobasına atıb böyük hissəsini yandırdım, sonra da DİN-in 102-qaynar xəttinə zəng edib ərimin itkin düşdüyünü dedim. Amma bir neçə gün sonra polisdə bizə qarşı şübhələr yarandı. Əvvəlcə məni saxladılar, iki gün sonra isə oğlum etiraf etdi, onu həbs etdilər. 5 ay əvvəl də oğluma 10 il iş verdilər. Kaş ki bu hadisələr olmazdı. Hər şeyə görə peşmanam".

Atasını öldürən yeniyetmə də anasının məhkəməsində şahid kimi ifadə verib. O da hər şeyi olduğu kimi danışıb.

Məhkəmə yekunda Mətanət Hüseynovanı ağır cinayətdən xəbərdar olub gizlətməkdə təqsirli bilib.

Qanun deyir ki, bu cinayətdə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Lakin hakim Vəsilə Əliyeva həmcinsini həbslə cəzalandırmağı ədalətli hesab etməyib. Təqsirləndirilən şəxsin hazırda himayəsində iki azyaşlı övladının olması, yeniyetmə oğlunun isə məhkum edilməsi yumşaldıcı hallar hesab edilib. Hakim hökmündə qeyd edib ki, ana həbs edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər. Bu səbəbdən şərti məhkum edilməsi tam ədalətli və humanist olar, həmçinin islah edilməsi üçün kifayət edər. Yekun olaraq Mətanətə 2 illik şərti cəza verilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən qadın Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. Hadisə vaxtı həkim qızını 15 ildir görmədiyini, arxasınca getmək fikrinin də olmadığını açıqlamışdı.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2049   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı

Füzuli rayonunda ata doğma qızına təcavüz edib. -a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanay

5 oktyabr
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas

29 sentyabr
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

7 oktyabr
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr