Dünyanın ilk məhbus pişiyi! Qonşunu canından bezdirdi, həbs edildi!

Dünyanın ilk məhbus pişiyi! Qonşunu canından bezdirdi, həbs edildi!Fransanın cənubundakı Agd şəhərində yaşanan qeyri-adi məhkəmə işi ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qonşunun şikayəti əsasında məhkəməyə daşınan hadisədə "Remi" adlı sarman pişiyə rəsmi şəkildə "ev həbsi" cəzası verilib. Məhkəmə qərarına əsasən, pişiyin çölə çıxması qadağan edilib və bu qərar 90 səhifəlik əsaslandırma ilə elan olunub.

Şikayətin əsas səbəbləri arasında Reminin "qonşunun evinə girərək yorğanın üzərinə sidik etməsi, bağçaya nəcisləməsi və qurumamış suvağın üzərində pəncə izləri qoyması" kimi iddialar yer alıb. Lakin pişiyin sahibi Valdes bu ittihamları qəbul etmir: "Məhəllədə Remiyə bənzəyən başqa pişiklər də var. Fotolarda eyni bağçadan bir neçə fərqli pişiyin keçdiyi görünür. Bu qərar mənə real sübut olmadan verilmiş ağır bir hökm kimi gəlir", – deyə o bildirib.

O, indiyədək "bağça rahatlığını pozduğu" iddiası ilə qonşusuna ümumilikdə 2 min 50 avro təzminat ödədiyini də açıqlayıb.

Fransa Heyvanları Qoruma Dərnəyi isə qərarın narahatedici olduğunu bildirərək, bu cür işlərin artması halında pişiklərin sərbəst gəzişməsinin məhdudlaşdırıla biləcəyini vurğulayıb. Dərnək nümayəndələri "Bu gedişlə pişiklərə xalta taxılması belə gündəmə gələ bilər" xəbərdarlığını edib.

Bu qərarla Remi, dünyada məhkəmə qərarı ilə "ev həbsinə" məhkum edilən ilk pişik kimi tarixə düşüb.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub, heyvansevərlər isə Remiyə dəstək kampaniyası başlatmaq üçün hazırlıqlara başlayıblar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 875   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr