Nə ətdir, nə toyuq! Bu dönər əncirdən hazırlanır! - VİDEO

Nə ətdir, nə toyuq! Bu dönər əncirdən hazırlanır! - VİDEOAydın vilayətinin əsas kənd təsərrüfatı məhsullarından biri olan əncir dünya miqyasında böyük tələbat görür.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əncirin istehlakını artırmaq və şəhərin marka dəyərini yüksəltmək məqsədilə illərdir aparılan araşdırmalar nəticəsində 25 il əvvəl Türkiyədə ilk dəfə istehsal edilən "'əncir dönəri" vətəndaşların böyük marağına səbəb olur.

Dünyada əncir istehsalında lider olan Aydın, bu məhsulun müxtəlif sahələrdə istifadəsini genişləndirmək üçün bir çox yenilikçi layihələr həyata keçirir. Coğrafi işarəyə sahib Aydın ənciri cipsdən kolonyaya qədər geniş məhsul çeşidində qiymətləndirilir və yerli iqtisadiyyata mühüm töhfə verir. Bu məhsullar arasında bir şirkətin təxminən 25 il əvvəl apardığı AR-GE işləri ilə hazırlanan "Əncir dönəri" həm görünüşü, həm də dadı ilə diqqət çəkir.

Şirkətin bölgə müdiri Hasan Hüseyn Yörük açıqlamasında bildirib:

"Aydınımızın simvolu olan ənciri bir çox istehsal sahəsində istifadə edirik. Əncirlə bağlı 35 müxtəlif məhsul üzərində çalışırıq. 2000-ci ildə əncir dönəri ilə Türkiyə İnkişaf Mükafatını qazandıq. Gənc nəsillərə ənciri necə daha çox sevdirə bilərik, istehlakı necə artıra bilərik deyə apardığımız AR-GE işləri nəticəsində Türkiyədə ilk əncir dönərini istehsal etdik və çox sevildi."

Yörük əlavə edib ki, məhsul 25 il keçməsinə baxmayaraq hələ də müştərilər tərəfindən sıx şəkildə soruşulur:
"Cevizli əncir, tahinli, şokoladlı əncir, əncir cemi, metal qutularda təqdim etdiyimiz Aydın Zeybekli əncirlər və daha bir çox əncir çeşidini mağazalarımızda satışa çıxarırıq."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1294   Tarix: 09 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr