Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdılar
Monreal Universitetinin alimləri müəyyən ediblər ki, məşqdən əvvəl vətərlərin qısamüddətli vibrostimulyasiyası fiziki yükü olduğundan daha yüngül hiss etməyə vadar edə bilər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Sport and Health Science" (JSHS) jurnalında dərc olunub.
Eksperiment zamanı iştirakçılar velotrenajorda iki dəfə - Axill və diz vətərlərinin vibrostimulyasiyasından sonra və vibrostimulyasiya olmadan məşq ediblər. Prosedurdan sonrakı məşq zamanı iştirakçılar üçün yük eyni qalsa da, obyektiv göstəricilər - pedalları fırlatma gücü və ürək döyüntülərinin sürəti artıb. Başqa sözlə, insanlar əlavə səy göstərmədən daha fəal işləməyə başlayıblar.
Araşdırmanın müəlliflərinin sözlərinə görə, vibrasiya sinir-əzələ reseptorlarından gələn siqnalı və həmin siqnalın onurğa beyni və beyin qabığına ötürülməsini dəyişdirir. Nəticədə, beyin tapşırığı daha "yüngül" qəbul edir. Bu isə məşqə başlamağı asanlaşdırır və müntəzəm fiziki fəallığın qorunmasına imkan yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 627 Tarix: 09 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır
Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir
19 iyunDəriniz və dişləriniz risk altındadır: Paslı suyun gözəgörünməz fəsadları
"Paslı su ilə yuyunmaq ekzema və dermatit kimi dəri xəstəliklərinin şiddətlənməsinə yol aça bilər. Həmçinin bu su ilə diş fırçalamaq həm diş minasının zədələnmə ehtimalını artırır, həm də köhnə borulardakı bakterial qatların ağız boşluğuna keçməsinə zəmin yaradır". xəbər verir ki, bunu -y
17 iyunBöyük Britaniyada tarixi tapıntı - FOTO
Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XV
17 iyunTətil cəhənnəmə dönəcək - Bu insanlarla səyahətə çıxmayın
Birgə səyahət dostluğu daha da möhkəmləndirə və ya əksinə, münasibətləri tamamilə korlaya bilər. Mütəxəssislərin fikrincə, gələcəkdə problemlə üzləşib-üzləşməyəcəyinizi səfərə çıxmazdan əvvəl də müəyyən etmək mümkündür. Çünki bəzi xəbərdaredici əlamətlər biletlər alınmadan və otel bron edilmədən önc
18 iyunDÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı
2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı
18 iyunSevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər
Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd
17 iyunDuzun saxta olduğunu öyrənməyin asan yolu
Supermarket rəflərində onlarla oxşar duz növünə rast gəlmək olar. Qablaşdırmadakı "təbii" və "əlavəsiz" etiketlər çox vaxt çaşdırıcı olur. Bir çox insan süfrəsinə qoyduqları məhsulun həqiqətən yüksək keyfiyyətli olub-olmadığını müəyyən etməkdə çətinlik çəkir. -ın xəbərinə görə, bununl
14 iyunQarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi
Uşaqlıqdan bəri bir çoxumuz qarpız tumunu udmağın zərərli olduğunu eşitmişik. Lakin dietoloqlar bildirirlər ki, qarpız tumlarını udmaq tamamilə təhlükəsizdir və onlar sağlamlıq üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Qarpızın Təbliği Şurasını
18 iyun