"Eltacın yığdığı pulla küçəyə asfalt salındı..." - Video
Ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin pulu ilə yaşadığı küçəyə asfalt salınıb.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni "Eltac yolu" adlandırırlar: "Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə... Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs "Eltac yolu" deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım".
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 300 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Chatgpt dövrü bitir - Daha "qorxulu" süni intellekt vasitələri gəlir
Google 2026-ci ildə ilk süni intellektli eynəklərini təqdim edəcək. xəbər verir ki, şirkət iki növ süni intellektli eynək üzərində işləyir. Onlardan birinci növ, ekran olmadan istifadə olunan, daxili dinamik, mikrofon və kamera ilə təchiz edilmiş eynəklərdir. Bu eynəklər istifadəçilərə süni intellek
9 dekabrBayram tətili bir həftə olacaq? - Rəsmi açıqlama
Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb. İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq. Qey
10 dekabrAqşin Fatehin restoranı cərimələndi (VİDEO)
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirləri davam etdirilir. Qaynarinfo xəbər verir ki, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəli
10 dekabrAzərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu
Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, Panama bayrağı altında üzən "Kybele" gəmisindən yük boşaldılması zamanı 25 yaşl
9 dekabrŞəhid atası vəfat etdi (FOTO)
Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib. Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum Qazaxda dəfn edilib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlə
10 dekabr