Şəhid atası vəfat etdi (FOTO)
Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.
Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Qazaxda dəfn edilib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 246 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu
Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, Panama bayrağı altında üzən "Kybele" gəmisindən yük boşaldılması zamanı 25 yaşl
9 dekabrİstirahət mərkəzinə getdi, kababdan xoşu gəlmədi, dava saldı
Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən "Murad" İstirahət Mərkəzində kababsan xoşu gəlməyən müştəri dava saldığına görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Ucar rayonunun anadan olmuş Nuran Cəfərov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayə
10 dekabrNazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı
Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdə
10 dekabrNamizəd Səfərov saxlanıldı
Hüquqşünas Namizəd Səfərov saxlanılıb. APA-nın əldə etdiyi xəbərə görə, faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, onun saxlanılmasına dələduzluqla bağlı şikayətlər səbəb olub
9 dekabr