İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək
İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Adil Vəliyev deyib ki, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı ƏM-nin 117-ci maddəsinə tənzimləmə gətirilir.
O cümlədən təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3423 Tarix: 10 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
2025-ci ildə Azərbaycanda istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artı. Bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumat
14 yanvarBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35
15 yanvarAzərbaycanda türkiyəli tələbələrin meyitləri TAPILDI
Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Məlumata görə, vəfat edən Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar
14 yanvarLənkəranda məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub
Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
13 yanvarAzərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. -in məlumatına görə, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinəti
14 yanvarAzərbaycan Vaqif Xaçatryan və daha 3 nəfəri Ermənistana təhvil verdi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani v
14 yanvarXırdalan bazarında antisanitar vəziyyət - Video
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb. XALQ xəbər verir ki, baxış zamanı bazarda qid
13 yanvar